Zahid Oruc: "Azərbaycan vətəndaşlarını təhdid edən "ASALA" erməni terror təşkilatı sabah regionda silsilə teror aktları həyata kecirə bilər"
Bildiyiniz kimi, "ASALA" erməni terror təşkilatı növbəti dəfə hədələyəci bəyanat yayaraq, azərbaycanlı və türk diplomatlarına qarşı total terror aktlarını həyata keçirəcəyini bəyan edib. Demək olarmı hədələyici bəyanatın arxasında Ermənistan dövləti, konkret desək, Serj Sarkisyan rejimi dayanır? Məsələyə münasibət bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, Ramiz Səfərovun ekstradiyası Ermənistanın bütün mahiyyətini onun həqiqi simasını tam aşkara çıxarmağa imkan verir. Azərbaycan dövləti və onun xarici siyasət idarəsi çox dəqiqliklə bütün bunları ümümiləşdirməli, sistemə salmalı və bir daha dünyaya çıxarmalıdır.
Bir tərəfdən bu məsələyə verilən beynəlxalq reaksiyaların əsaslandırılmış olmadığını, real vəziyyəti düzgün dəyərləndirmədiyini həqiqi mənada Dağlıq Qarabağ problemi üzərinə bir mötərizə çəkdiyini, faktları tərif etdiyini dəyerkən həm də bunun paralelində Ermənistanın acılıq siyasətini vurğulayırdıq. Qeyd edirdik ki, təcavüz aktlarını həyata keçirmək, regionu işğal gerçəkliyində saxlamaq azmış kimi, bu tərəfdən də müharibə terror vasitələri ilə aparılıb. Demək olar ki, hər zaman Azərbaycan dövləti, Ermənistan yaradılandan sonra terror hədəfində olub. Bugünki gerçəklikdə Ermənistan cəmiyyətində Azərbaycanın son addımları fonunda yaşanan mənəvi və siyasi böhran müxtəlif xaotik addımlar atmaq üçün o, rejimə "əsaslar verib". Son zamanlar saxlanılan terror qrupları önə çıxarılır, bir tərəfdən isə müharibə hədələri meydana gəlib və digər bir tərəfdən də güya Qarabağın tanıması və Azərbaycana beynəlxalq sanksiyaların tətbiq edilməsi və s.kimi məsələləri ifadə edirlər. Halbuki biz dünyaya onu göstərmək istəyirik ki, işğal bütün cinayətlərdən ən böyüküdür. Beynəlxalq hüquq da bunu bu cür ifadə edir. Bir sözlə, biz dünyaya açıq tərzdə ifadə edərək, bildirməliyik ki, bu gün Azərbaycan vətəndaşlarını təhdid edən bu qruplar, sabah regiondaki hər hansı partlayışlara, təxribatlara cavabdehlik daşıyacaqlar. Artıq bu gün 1990-cı illərin əvvələrinin Azərbaycanı deyil. Yəni regionda Azərbaycan dövləti möhkəm gücə malikdir. Bir sözlə, XXI əsrin reallığında "ASALA" və digər terrorçu təşkilatlar terrorla öz dövləti məqsədlərini həyata keçirməyə çalışaraq, bu və ya digər şəxsləri və etnik qrupları təhdid etmək yolu tutur. Azərbaycan bu yolu tutan Ermənistanın bütün addımlarını neytrallaşdırmaq imkanındadır.
GÜLYANƏ