PDF Oxu

Sosial

  • 55

İsa Qəmbərə verilən dəstəklər antimilli qüvvələrin sifarişidir

Mehman Əliyev də bu sifarişin icraçısıdır

İsa Qəmbərə verilən dəstəklər antimilli qüvvələrin sifarişidir

\r\n

\r\n

\r\n Dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslər düşərgədə \"vahid namizəd\" məsələsini həll etməkdə çətinlik çəkir. Çünki dağıdıcı müxalifət düşərgəsində \"vahid namizəd\" kriteriyalarına cavab verən şəxs yoxdur. Xüsusilə, AXCP-Müsavat arasında gedən qarşıdurmalar, həmin partiya sədrlərinin şəxsi maraqları konteksində atdığı addımlar, tələb edir ki, bu məsələni onlara havadarlıq edən anti-Azərbaycan meyilli qüvvələr həll etsin.

\r\n

\r\n Düşərgə daxilində çəkişmələri, birinin digərinə ittihamları tərəfləri qarşı-qarşıya qoyub. Ona görə də, ən çox vahid namizəd olmaq istəyən AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər dəstək axtarışına çıxıb. AXCP sədri Ə.Kərimli öz çirkin kampaniyasını sosial şəbəkələrdə qursa da, amma İ.Qəmbər isə ona yaxın olan şəxslər tərəfindən mətbuata verilən açıqlamalarla özünü təqdim edir. Belə görünür ki, İ.Qəmbərin axtarışları öz bəhrəsini verib. Növbəti antimilli qüvvələrin sifarişini yerinə yetirən açıqlama Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdən gəlib. M.Əliyev İ.Qəmbərin vahid namizəd olmasına açıq şəkildə dəstək verərək, bildirib ki, Müsavatın xarici ölkələrdə dəstəkləri var.

\r\n

\r\n

\r\n

\r\n Azərbaycanda seçkilərin taleyini xarici ölkələr yox, Azərbaycan xalqı müəyyən edir

\r\n

\r\n

\r\n

\r\n M.Əliyevin bu fikirlərinə antimilli qüvvələrin tapşırıqlarının sızdığı aydın görünür. İ.Qəmbər artıq tarixə qovuşub. Azərbaycan xalqı onun tarixdə yerini və rolunu müəyyən edib. O səbəbdən də, əvvəlki illərdə keçirilən prezident seçkilərində xalq öz azad şəkildə ifadəsini ortaya qoymaqla öz layiqli namizədinə səs verib. Ona görə də M.Əliyevin açıqlamasında əsası olmayan fikirlər ictimai rəyi çaşdırmağa yönəlib. Müsavatın xarici ölkələrdə dayaqlarının olduğu yeni fakt deyil. Artıq illərdir ki, həmin xarici qüvvələrdan qrantlar almaqla ölkədə qarşıdurmalar yaratmağa cəhdlər edir. Lakin bütün cəhdlər iflasa uğrayır. Azərbaycanda keçirilən seçkilərin taleyini xarici ölkələr yox, Azərbaycan xalqı müəyyən edir. Bu xalqın müstəsna hüququdur.

\r\n

\r\n

\r\n

\r\n Fikir dəyişkənliyi dağıdıcı müxalifətin həyat tərzidir

\r\n

\r\n Mehman Əliyev: \"Hər zaman vahid namizədin təyin edilməsinin əleyhinə olmuşam\"

\r\n

\r\n

\r\n

\r\n 2 ay öncə portalların birinə açıqlama verən M.Əliyev bildirmişdi ki, mən hər zaman vahid namizədin təyin edilməsinin əleyhinə olmuşam. Heç bir vahid namizəd lazım deyil.

\r\n

\r\n M.Əliyevin hər zaman müəyyən olunmasının əlehinə olduğu vahid namizəd məsələsini gündəmə gətirib və İ.Qəmbərə dəstək verməsi göstərir ki, bu, onun öz fikiləri yox, anti-Azərbaycan meyilli qüvvələrin ona təsirinin nəticəsidir.

\r\n

\r\n

\r\n

\r\n Vahid namizəd olmaq istəyən şəxs, İ.Qəmbərə dəstək verməsi müəmmalıdır

\r\n

\r\n

\r\n

\r\n Bir müddət öncə dağıdıcı müxalifət düşərgəsində fikirlər səsləndirilmişdi ki, düşərgəsinin vahid namizədi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də ola bilər. Bununla bağlı dağıdıcı düşərgədə adəti üzrə xeyli fikir dəyişkənliyi olsa da, nəticədə onun vahid namizəd kriteriyalarına cavab vermədiyi üzə çıxdı. M.Əliyev çox yola əl atdı ki, onun adı gündəmdən düşməsin. Ona görə də, İ.Qəmbərlə Ə.Kərimovun çirkin planları M.Əliyevin arzularını puça çıxardı. Maraqlı məqam odur ki, M.Əliyev hələ də, dağıdıcı müxalifət düşərgəsinin vahid namizədi olmaq iddiasındadır. Belə bir situasiyada İ.Qəmbəri yarınmaq hansısa çirkin məqsədlər güddüyündən xəbər verir.

\r\n

\r\n

\r\n

\r\n Babək Hacıyev

Digər xəbərlər