Elşad Mirbəşiroğlu: "Rusiyanın Qəbələ RLS-ın texniki avadanlıqlarını Ermənistan ərazisinə köçürməsi inandırıcı deyil"
Son vaxtlar mətbuatda yayılan xəbərlərə görə, Rusiya Qəbələ RLS-nın texniki avadanlıqlarını Ermənistanın Armavi şəhərində quraşdırmaq niyyətindədir. Bu o fikri yaradır ki, Rusiya Qəbələ RLS-nın fəaliyyətini dayandırır. Doğrudan da, Rusiya Qəbələ RLS-dən imtina edərsə, Azərbaycan RLS-ın Türkiyə ilə və ya ölkəmizə yaxın olan digər ölkələrlə birgə istisimarını həyata keçirə bilərmi? Məsələyə aydınlqı gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
E.Mirbəşiroğlunun sözlərinə görə, Rusiya üçün Qəbələ RLS-nın qalması əhəmiyyət kəsb edir. Rusiyanın Qəbələ RLS-nın texniki avadanlıqlarını Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı dəqiq və ciddi bir informasiya yoxdur. Demək olar ki, Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-ın Rusiya tərəfi üçün əhəmiyyəti böyükdür. RF regionda bu stansiyanın fəaliyyətini davam etdirməsində maraqlıdır. Çünki adı çəkilən stansiyanın yerləşmə coğrafiyası vacib bir məsələdir. Rusiyanın Qəbələ RLS-ın texniki avadanlıqlarını Ermənistan ərazisinə köçürməsi inandırıcı deyil.
Politoloq qeyd edərək bildirdi ki, Qəbələ RLS özü-özlüyündə Rusiyaya məxsusdur. Amma Qəbələ RLS Azərbaycanın ərazisində yerləşir. Bu baxımdan, oradaki texniki avadanlıqlar Rusiyanındır. Rusiya tərəfi oradan əlini çəkərsə, sözügedən stansiyanın nə dərəcədə işlək vəziyyətdə qalıb-qalmayacağı sual altındadır. Digər tərəfdən də, təbii ki, bu Azərbaycan dövlətinin ərazisidir. Gələcəkdə isə RF hər hansı bir formada adı çəkilən stansiyadan istifadəsindən imtina edərsə, bu, Azərbaycanın hüququdur ki, istədiyi məqsədə və subyeklərlə bu stansiyadan istifadə etsin. Əgər stansiyanın gələcəkdə istifadəyə yararlılıq halı qalarsa. Azərbaycan və Rusiyan arasında Qəbələ RLS ilə bağlı olaraq müzakirələr aparması bir daha onu göstərir ki, Azərbaycan öz mülkiyyətin və ərazisinə tam sahibdir. Burada müzakirə obyekti isə ondan ibarətdir ki, Azərbaycan tərəfi adıçəkilən stansiyanın istifadəsi üçün veriləcək məbləğin artırılmasını istəyir, Rusiya isə buna meyilli görünmür. Azərbaycan istədiyi addımı atmaqda sərbəsdir. Bir sözlə, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun addımlar da atılacaqdır.
GÜLYANƏ