Elşən Manafov: "Müxalifət qüvvələri 2013-ci ildə keçiriləçək prezident seçkilərinə "vahid namizəd" müəyyənləşdirə bilməyəcəklər"
\r\n
\r\n
\r\n Uzun illərdir ki, müxalifət qüvvələri fəaliyyət göstərirlər. Onların bu illər ərzində göstərdikləri fəaliyyət heç də xalq tərəfindən müsbət qarşılanmır. Bunun da səbəbi adıçəkilən qüvvələrin yalnış siyasət yolunu seçmələri ilə bağlıdır. Demək olar ki, bu günə qədər müxalifət qüvvələri bir çox bloklar və qurumlar yaratsalar belə, bu hal nəticədə, parçalanmalara gətirib çıxarıb.
\r\n
\r\n Bunun səbəbini nə ilə izah edərdiniz? Müxalifət \"vahid namizəd\"ini müəyyənləşdirə biləcəkmi? Demək olarmı ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bu cür hərkətlərə əl ataraq, bir müddət gündəmdə qalmaq istəyirlər? Məsələyə münasibət bildirən Demokratik Sol Partiyasının sədri Elşən Manafovun sözlərinə görə, müxalifətin parçalanmasına səbəb həmin qüvvələrin konyektur maraqlarından irəli gəlir. Müxalifəti təmsil edən qüvvələr qarşıdan gələn prezident seçkilərinə \"vahid namizəd\"lə getmək imkanlarına malik deyillər. \"İctimai Palata\"nın sözügedən seçkilərə \"vahid namizəd\"lə getməyəcəyi bəlli idi. Çünki zaman-zaman AXCP və Müsavat arasında münasibətlərdə yaşanan gərginlik, o cümlədən, tərəflərin həlledici məqamlarda bir-birinə güzəştə gedə bilməmələri hər iki siyasi partiyanın və rəhbərlərin ciddi problemlərindən biridir. Bir sözlə, müxalifət qüvvələrini bu seçkilərdə konyektur maraqlarından çıxış edərək, seçkilərə \"vahid namizəd\"lə qatıla bilməyəcəyi anlaşılandır. İnandırıcı deyil ki, müxalif qüvvələr 2013-ci ildə keçiriləçək prezident seçkilərinə \"vahid namizəd\" müəyyənləşdirə bilsin. Müxalifətin adıçəkilən seçkilərə \"vahid namizəd\"lə qatıla bilməyəcəyini proqnazlaşdıran amillər də göz qabağındadır. Yəni, müxalifətin siyasi maraqlarının fərqli müstəvilər üzərində cəmləşməsi, müxalif liderlər arasında olan qarşılıqlı ambisiyalar və iddialar, pərakəndə vəziyyətdə olan müxalifətin toparlana bilməməsinə mane olan digər amillər, o cümlədən, onların geosiyasi qütblərlə tarazlanması və fərqli geosiyasi güc mərkəzlərinin sifarişlərinini yerinə yetirməsindən irəli gəlir. Eyni zamanda, müxalifətin maliyyə resursları ictimai rəyə təsir etmək və KİV-lərə çıxmaq imkanları baxımından hakimiyyətlə müqaisədə yetərincə gücsüzdür. Müxalifət qüvvələri də bunu anlayaraq, indiki şəraitdə hakimiyyətlə münasibətləri ölkənin sosial, iqtisadi və siyasi gerçəklikləri konteksində qurmağı bacarmalıdır.
\r\n
\r\n Partiya sədri onu da bildirdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin gündəmdə qalmaqdan ötrü bu cür yersiz hərəkətlərə əl atmaları heç də ürəkaçan deyil. Təbii ki, müxalif qüvvələrinin ən çox istəyi gündəmdə qalmaqla bağlıdır.
\r\n
\r\n
\r\n
\r\n GÜLYANƏ