PDF Oxu

Sosial

  • 49

Naxçıvan yeni tədris ilinə hazırdır

Eldar İbrahimov: "Yeni məktəblərin inşası, avadanlıqlarla təchiz olunması dövlətin diqqət və qayğısının nəticəsidir"

Naxçıvan yeni tədris ilinə hazırdır

2011-2012-ci ildə Prezident İlham Əliyev Azərbaycan təhsil infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirmiş, yüzlərlə məktəb binası tikilərək, istifadəyə verilmişdir. Bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Prezidentimizin müəyyənləşdirdiyi təhsil strategiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, hər il onlarla yeni məktəb binası tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Naxçıvan Muxtar Respublikasında 154 məktəb fəaliyyət göstərir. Bu məktəblərin hər biri təmir olunmuş, istifadəyə verilmişdir.

Bu il Naxçıvan şəhərində 17 nömrəli orta məktəbin binası inşa olunaraq, istifadəyə verilmişdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 52 sinif otağı vardır. Binanın zirzəmisində isə fənn kabinələri, tibb otağı, bufet, qazanxana, qarderob və anbar yerləşir. Bu təhsil ocağının kitabxanasında isə 6 min 342 latın qrafikalı dərslik və 4 min 524 bədii ədəbiyyat olmaqla 10 min 866 kitab mövcuddur. Kitabxana kompyuterlə təmin olunmuşdur. Hər həftənin cümə günü "Kitabxana günü" elan edilmişdir. Məktəbədək kompyuter otaqlarında 57 kompyuter dəsti quraşdırılmışdır. Burada müasir idman zalı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasındakı orta məktəblərdə vahid məktəbli forması tətbiq edilib. Bu məktəblərdəki 1-4-cü sinif müəllimlərinə də vahid forma tətbiq edilmişdir.

Son illər məktəblərin kompyuterləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər daha intensiv xarakter almış, orta məktəblərdə yeni kompyuter dəstləri quraşdırılmış, elektron lövhəli siniflər yaradılmışdır.

Eldar İbrahimov bildirdi ki, Naxçıvan Muxtar Respublikası təhsil yüksək şəkildə inkişaf etmişdir. Burada yeni məktəb binaları inşa edilmiş avadanlıqlarla təchiz olunmuşdur. Dövlətimiz təhsilə həmişə qayğı ilə yanaşmışdır. Çünki təhsil millətin gələcəyidir. Ölkəmizin Prezidenti, eləcə də, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət hər zaman özünü göstərməkdədir. Yeni məktəblərin inşası, avadanlıqlarla təchiz olunması bunun əyani sübutudur. Artıq bizim üçün Avropa standartları yoxdur. Çünki Azərbaycanın özünün müasir məktəbləri, universitetləri, səhiyyə ocaqları, idman kompleksləri var. Bu gün artıq Avropa standartlarına yox, Azərbaycan standartları olmalıdır.

Ruqiyyə Cəfərova

Digər xəbərlər