PDF Oxu

Sosial

  • 44

YAP ölkədə bütün siyasi partiyaları bir araya gətirdi

Əjdər Əliyev: "Azərbaycanda hər hansı bir məsələ ilə bağlı olaraq iqtidar-müxalifət arasında bu cür dialoqların keçirilməsinə ehtiyac var"

YAP ölkədə bütün siyasi partiyaları bir araya gətirdi

İqtidar-müxalifət dialoqu yenidən gündəmə gəlib. Sizcə, bu dialoqların keçirilməsi hansı məsələlərin müzakirə edilərək, ortaq məxrəcə gəlməsinə səbəb ola bilərmi? İqtidarla müxalifət arasında dialoqun sonraki mərhələlərdə keçirilməsi üçün zərurət olduğunu düşünmürsünüz ki? Məsələyə münasibət bildirən BQP-nin Ali Məclisinin sədri Əjdər Əliyevi qeyd etdi ki, bildiyiniz kimi, Ramiz Səfərovun əfvi ilə bağlı Avropa Parlamenti qətnamə qəbul etmişdi. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bir araya gələrək, Avropa Parlamenti qətnaməsi əleyhinə olan bir müraciət qəbul etdik.

Həmin müraciət də ölkədə mövcud olan siyasi partiyaların böyük əksəriyyəti tərəfindən imzalandı. Bir sözlə, Yeni Azərbaycan Partiyasının İcra katibinin təşəbbüsü ilə keçirilən iqtidar-müxalifət partiyalarının Avropa Parlamentinin çıxardığı qərarlara etiraz edən toplantının keçirilməsini yüksək qiymətləndiririk. Demək olar ki, Avropa Parlamentinin qətnaməsi ilə bağlı ölkədə mövcud olan siyasi partiyaların böyük əksəriyyəti bir araya gələrək, ortaq mövqe nümayiş etdirdilər. Ümumiyyətlə, siyasi partiyaların arasında bu cür dialoqların vaxtaşırı aparılması qarşılıqlı anlaşılmaya gətirib çıxara bilər. Azərbaycanda hər hansı bir məsələ ilə əlaqədar olaraq iqtidar-müxalifət arasında bu cür dialoqların keçirilməsinə ehtiyac var. Bir sözlə, bu cür dialoqların keçirilməsi də çox sevindirici bir haldır.

Ə.Əliyev müxalifət partiyalarının bir araya gələrək birlik nümayiş etdirməməsi məsələsinə toxunaraq, bildirdi ki, müxalifət partiyaları ümumilli məsələlərdə müəyyən mövqedə birlik nümayiş etdirsələr də, konkret məsələlərdə fikir ayrılıqlarının və ziddiyətləri olması ilə bağlıdır. Demək olar ki, müxalifəti təmsil edən partiyalar bir-birinə güzəştə getmir və getmək də istəmir. Bir sözlə, müxalifət partiyalarının parçalanmasının yeganə səbəbi həmin partiyaların özləri ilə bağlıdır.

Ə.Əliyev 2013-ci ildə keçiriləçək prezident seçkiləri məsələsinə toxunaraq, vurğuladı ki, müxalifəti təmsil edən qüvvələrin 2013-ci ildə keçiriləçək prezident seçkilərinə vahid namizəd müəyyənləşdirməsi real görünmür.

GÜLYANƏ

Digər xəbərlər