Ermənistan mətbuatından digər xəbərlər...
Panorama.am saytı: "Ermənistanın baş prokuroru ölkə parlamentinə Vardan Oskanyanın toxunuzlmazlığının ləğvi üçün müraciət edib"
...Belə ki, Ermənistan respublikasının baş prokuroru Aqvan Ovsepyan həmin müraciətinə əsasən bildirib ki, "Çiçəklənən Ermənistan" partiyasının fraksiya üzvü Vardan Oskanyan "Sivilitas" fonduna rəhbərliyi dövründə çoxsaylı korrupsiya hallarına görə ittiham olunur. Xəbəri baş prokurorluğun mətbuat katibi Sona Truzyan da təsdiqləyib.
Qeyd edək ki, Ermənistanın Appelyasiya məhkəməsi keçmiş xarici işlər nazirinin "Sivilitas" fondundan olan rəsmi nümayəndəsi Artur Qriqoryanın cinayət içinin dayandırılmasına dair yazılı tələbini rədd edib. Onu da xatırladaq ki, daha öncə fond rəsmisinin yazılı tələbi digər məhkəmə tərəfindən - Yerevan şəhərinin rayon məhkəmələrinin biri tərəfindən rədd edilmişdi.
Cinayət işinin qaıdırılmasına gəlincə isə, bu 2012-ci ilin 12 iyun tarixində Ermənistan hökuməti yanında fəaliyyət göstərən milli təhlükəsizlik xidməti "Sivilitas" fondu tərəfindən törədilmiş korrupsiya faktları üzə çıxarılıb və məlum olub ki, bununla yanaşı, əldə edilmiş qanunsuz gəlirlər sonradan müxtəlif yollarla leqallaşdırılıb. Digər xəbərə görə, 2 milyon dollar vergidən yayınma halları da cinayət işinə əlavə olunub. Eyni zamanda, fondun 1135000 dolların xeyriyyə işlərinə xərclənməsi haqqında iddiaları da təsdiqini tapmayıb.
"168 jam" qəzeti: "Ter- Petrosyan hələ ki, müəyyənləşdirməyib"
Erməni qəzetinin yazdığına görə, "Ermənistan Milli Konqresi"nin siyasi şurasının iclası keçirilib. Gözlənilirdi ki, həmin toplantıda paytaxt Yerevanda və bölgələrdə keçiriləcək kütləvi aksiyaların vaxtı müəyyənləşdirilsin. Amma sözügedən məsələnin müzakirəsi yenə də başqa vaxta keçirilib".
Qəzet yazır ki, Levon Ter- Petrosyan hələ ki, qəti qərara qəbul etməyib. Belə ki, onun Ermənistanın prezident seçkilərində rəsmi iştirakı hələ ki, irəli sürülməyib: "Ona görə də mitinq məsələsi müzakirələr üçün açıq qalmaqdadır".
"Joxovurd" qəzeti: "Rayonların adminstrativ məhkəmələrinin sədrinin oğlu insanlara "atır"
"Joxovurd" qəzeti yazır ki, Yerevanın Malatiya-Sebastiya adminstrativ rayonlarına aid məhkəmə sədrinin oğlu Şaqen Tiqranoviç Petrosyan bir sıra ittihamlarla qarşı-qarşıya qalıb: "Deyilənə görə, onun insanlara külli miqdarda pul "atmaq" aludəçiliyi var. Artıq həmin aludəçilik ənənə şəklini alıb. Eyni zamanda, məhkəmə sədrinin oğlu pulları "atarkən", elə bir mexanizmdən istifadə edir ki, sonradan aldadılanlar ona verilmiş pulları geri tələb etməkdən çəkinirlər... Şaqen Petrosyan əsas olaraq, pulları turizm, kredit düzəltmək, hüquq işləri, sənəd işlərinin düzəldilməsinə görə alıb".
"Qraparak" qəzeti: "Baqdasarov "Armavia"nı italyanlara satır"
"Armavia" şirkətinin sahibi Mika Baqdasarov biznes əmlakını italyanlara satmağa hazırlaşır. Hələlik, aksiyaların nə qədər hissəsinin italyalılara satılması müəyyənləşdirilməsə də, bir şey məlumdur ki, Baqdasarov italyan biznesmenlərini öz ofisinə apararaq, onları personalı ilə tanış edib. Baqdasarovun köməkçisi rəhbərinin digər obyektlərini satacağını da istisna etməyib".
QİSMƏT ZƏNGİBASARLI