Kamran Əliyev: "Keçən illə müqayisədə bu il yol-nəqliyyat hadisələrinin sayı azalıb "
Bakıda marşrut avtobuslarının törətdiyi qəzalar barədə ciddi problemlər var. Son vaxtlar respublikada avtomobillərin sayında ciddi artım müşahidə olunur. Bu da qəzaların sayının artmasında mühüm bir faktor kimi dəyərləndirilir. Hər il çoxsaylı insanların həlak olması və xəsarət alması ilə nəticələnən yol qəzaları baş verir. Belə ki, 31 avqust saat 07:30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər həlak olması, 44 nəfər yaralanması bunun bariz nümunədir. Müxtəlif KİV-də baş verən qəzalarla bağlı hər gün məlumatların öz əksini tapmasına rəğmən, yenə də bir çox məsuliyyətsiz sürücü və piyadalar bundan nəticə çıxarmır. Məlumat üçün qeyd edək ki, ötən il baş verən yol qəzalarında 1016 nəfər dünyasını dəyişib. Baş verən qəzaların 51 faizi piyadaların vurulması ilə nəticələnib. Təkcə Bakı şəhərində 371 nəfər qəzaların qurbanı olub. Qəzalar əsasən sərxoşluq, yüksək sürət, qaydalara əməl olunmaması və digər amillərlə əlaqəlidir.
Bizimlə söhbətində Bakı Dövlət Yol Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirdi ki, keçən illə müqayisədə bu il yol nəqliyyat hadisələrinin sayı azalıb. Belə ki, keçən il 179 yol - nəqliyyat hadisəsi bu ilin 8 ayında nəzərə çarpayıb. Yol- nəqliyyat hadisələri zamanı müəyyən mənada araşdırma apardıqda piyadaların da bu məsələdə günahkar olduğu üzə çıxır. Lakin yol-nəqliyyat hadisələri daha çox sürücülərin təqsiri üzündən baş verir. Sözsüz ki, yol- nəqliyyatı hadisələrinin araşdırılması zamanı qəzanın baş verməsində təqsirkar şəxs müəyyən edilməlidir. Həmin təqsirkar şəxs müəyyən edildikdən sonra, etdiyi əməldən asılı olaraq, inzibati məsuliyyətə, ya da cinayət məsulliyyətinə cəlb olunur. Sürücünün cinayət əməli və yaxud inzibati xəta əməli yoxdursa, cinayət məsulliyətinə cəlb oluna bilməz.
Ruqiyyə Cəfərova