Açılan iş yerlərinin 70,1 faizi regionların payına düşür
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin etmişdir. Dövlət proqramında işsizliyin aradan qaldırılması əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması üçün ölkəmizdə yeni iş yerlərinin 70,1 faizi regionlarda, 87,8 faizi isə qeyri-dövlət sektorunda açılıb. 2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2012-ci il ölkədə 299,0 min yeni iş yeri açılıb. Bunun da 219,9 mini daimi iş yeri olub. İş yerlərinin 58,2 mini, o cümlədən, 40,4 mini təkcə 2012-ci ilin birinci yarısında yaradılıb. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması problemi həll olunmaqdadır.
Statistik məlumatlar nəzər yetirsək görərik ki, rayonlarımızda işsizliyin səviyyəsi azalmışdır. 2012-ci ildə Astara rayonunda iqtisadi fəal əhalinin sayı 50 min 918 nəfər olub, onlardan 50 min 811 nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib. Rayon Statistika İdarəsindən verilən məlumata görə, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 8,3 faizi məhsul istehsalı sahələrində, 0,9 faizi tikintidə, 4,4 faizi sənayedə, 3 faizi kənd təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 42 faizi təhsil, 19,7 faizi topdan və pərakəndə ticarət, 11,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi dövlət idarəetməsi sahələrində cəmlənib Rayon Məşğulluq Mərkəzindən bildirilir ki, 2012-ci il də rayon üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 107 nəfər olub, onların da 39,3 faizini qadınlar təşkil edir. Rayonda 2012-ci ilin birinci yarısında 187 iş yeri açılıb ki, ondan da 33 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda, 154 iş yeri isə fiziki şəxslərdə təşkil edib.Ölkə ərazisində 2012-ci ilin səkkiz ayı ərzində yaradılmış 2585 yeni müəssisələrdən 11,9 faizi Aran iqtisadi rayonunda, 6,9 faizi Abşeron iqtisadi rayonunda, 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 4,8 faizi Lənkəran iqtisadi rayonunda, 3,8 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 2,1 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 3,0 faizi isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışlar. 2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 58234 yeni, o cümlədən, 45204 daimi iş yerləri açılmışdır. Belə ki, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-2012-ci ilə qədər olan dövr ərzində isə cəmi 298967 olmaqla 224793 daimi iş yerləri yaradılmışdır. Cari ilin yarımili ərzində açılmış daimi iş yerlərinin 10,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 67,4 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Həmin dövr ərzində ölkə üzrə açılmış yeni iş yerlərinin 70,1 faizi regionların, o cümlədən, 15,4 faizi Aran, 13,3 faizi Gəncə-Qazax, 11,9 faizi Naxçıvan, 7,1 faizi Lənkəran, 4,8 faizi Şəki-Zaqatala, 4,5 faizi Quba-Xaçmaz, 4,4 faizi Yuxarı Qarabağ, 4,0 faizi Abşeron, 3,1 faizi Dağlıq Şirvan, 1,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşmüşdür. Ölkədə açılmış daimi iş yerlərinin 4,2 faizi tikinti, 2,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 2,4 faizi emal sənayesi, 2,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsində, 1,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 11,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, eləcə də, digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdır.
Ruqiyyə Cəfərova