PDF Oxu

Sosial

  • 41

Binəqədi rayonunda səyyar əmək birjası təşkil olundu

Binəqədi rayonunda səyyar əmək birjası təşkil olundu

Oktyabrın 5-də Binəqədi rayon icra hakimiyyəti və Binəqədi rayon Məşğulluq Mərkəzinin birgə layihəsi çərçivəsində ilk dəfə olaraq, səyyar əmək birjası keçirildi. Tədbirdə Binəqədi rayon icra hakimiyyətinin, sosial yönümlü müxtəlif idarə və təşkilatların nümayəndələri, Məşğulluq Mərkəzinin mütəxəssisləri ilə yanaşı, Bakı şəhər Məşğulluq İdarəsinin rəhbər işçiləri iştirak edirdilər. Gənclərin fəal məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədi ilə xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobil vasitəsi ilə Səyyar Əmək Birjası 8-ci mikrorayon ərazisində təşkil olunmuşdur.

Tədbirdə Məşğulluq Mərkəzinin göstərdiyi xidmətlər və əmək bazarının tələbləri haqqında ətraflı məlumat verilmiş və təbliğat məqsədi ilə maarifləndirici əyani vəsaitlər paylanılmışdır. Maarifləndirici bukletlər və informasiyalar işaxtaranların ixtiyarına verilmişdir. Bundan əlavə, işaxtaran vətəndaşlarla fərdi yanaşma yolu ilə müvafiq məsləhətlər verilmişdir. Tədbirdə işaxtaran şəhər vətəndaşları müxtəlif məşğulluq xidmətləri, o cümlədən, peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar əldə etmişlər. Bundan əlavə, işaxtaran vətəndaşlarla fərdi yanaşma yolu ilə müvafiq məsləhətlər verilmişdir. Tədbirdə işaxtaran şəhər vətəndaşları müxtəlif məşğulluq xidmətləri, o cümlədən, peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar əldə etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirmişdir ki, Binəqədi rayon icra hakimiyyətinə işaxtaranların çoxsaylı vətəndaşların müraciətləri daxil olmuşdur.Bununla əlaqədar olaraq Dövlət Baş Məşğulluq İdarəsinin yerli şöbəsinə müraciət edilmişdir. Əsasən, gənclərin iştirak etdiyi əmək birjasının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirin keçirilməsində əsas məqsəd iş axtaran vətəndaşları əmək bazarı ilə tanış etmək, onları müxtəlif məşğulluq xidmətləri, o cümlədən, peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar verməkdir.

Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyevin sözlərinə görə, səyyar əmək birjasında işaxtaran vətəndaşlara müasir texnologiyalar əsasında əsasən, Binəqədi rayon ərazisində mövcud olan 807 boş iş yeri haqqında məlumatlar təqdim edilmiş, maarifləndirici bukletlər və informasiyalar işaxtaranların ixtiyarına verilmişdir. Həmçinin, işaxtaran vətəndaşlara fərdi yanaşma yolu ilə müvafiq məsləhətlər əldə ediblər. Bu tədbirdə 118 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Bu vətəndaşlardan 21 nəfər peşələrinə uyğun olaraq işlə təmin olunublar. 17 nəfər isə müxtəlif peşə kurslarına cəlb olunmuşdur.

Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev bildirmişdir ki, hazırda bu kimi tədbirlərin genişləndirilməsi üçün yerli məşğulluq orqanlarının fəaliyyəti gücləndirilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq, Bakı şəhərində işaxtaran vətəndaşların maarifləndirilməsinin müasir texnologiyalar əsasında təşkil edilməsi üçün tədbirlərin sırası artırılmaqdadır. Son dövrlərdə bu kimi tədbirlərdən Səyyar Əmək Birjasının xidmətini xüsusi qeyd etmək olar. Belə ki, bu xidmət sahəsi mobilliyi, operativliyi və səmərəliliyi ilə işaxtaran vətəndaşlar tərəfindən daha maraqla qarşılanır. Bunları nəzərə alaraq, Bakı şəhəri Məşğulluq İdarəsinə daxil olan rayon məşğulluq mərkəzləri tərəfindən Səyyar Əmək Birjasının tədbirlərinin kütləvi şəkildə keçirilməsinə start verilmişdir. Hazırda bu kimi tədbirlərin genişləndirilməsi üçün yerli məşğulluq orqanlarının fəaliyyəti gücləndirilir və tezliklə belə tədbirlərin kütləvi təşkili təmin ediləcək.

Qeyd edək ki, Səyyar Əmək Birjasının təşkili Binəqədi rayon sakinləri tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

ZÜMRÜD

Digər xəbərlər