Açılan iş yerlərinin 70,1 faizi regionların payına düşür
Azərbaycanın regionlarındakı iqtisadi və sosial problemlərin həlli üçün bölgələrdə yeni iş yerləri yaradılır. Sahibkarlara vergi və digər güzəştlər tətbiq edilir. Qeyd edək ki, bu məsələ bir qədər əvvəl Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulub. Belə ki, regionda iş yerləri yaradılmasının daha böyük zəhmət tələb edildiyi bildirir: Regionlarda istehsal edilən məhsulların Bakıya çatdırılması və s. üçün daha çox vəsait tələb olunur.
Bütün bunları nəzərə alaraq, hökumət özü də ucqar bölgələrdə açılan yeni fabrik-zavodlar üçün vergi və digər güzəştlərin verilməsində maraqlıdır. Bunun üçün bir sıra qabaqlayıcı tədbirlər görülür. İlk dəfə olaraq, 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul edilib. Daha sonra 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafa dair proqram, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair proqram təsdiqlənib. Bundan başqa Kənd Təsərrüfatı Kreditləşməsi üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına 50 milyon manatdan artıq güzəştli kredit verilib ki, bu kreditlərin də əsas istifadəçisi bölgələr olub. Açılan iş yerlərinin 70,1 faizi isə regionların payına düşür. Son illərdə ölkə başçısı cənab İlham Əliyevin xüsusi qayğı və diqqəti nəticəsində bir sıra rayonlarda, həmçinin, Yevlaxda, Qəbələdə, Naxçıvanda və digər bölgələrimizdə quruculuq abadlıq işləri aparılmış fabrik və zavodlar açılmışdır. Yevlaxın 8 il əvvəl başlayan intibahı bu gün də inamla davam etdirilir. Yevlaxda Avropa standartlarına uyğun fabrik və zavodlar qurulub, minlərlə yeni iş yeri açılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan park bu gün yevlaxlıların ən sevimli istirahət yeridir. Dədə Qorqud, Səməd Vurğun, Türk-Azərbaycan dostluğu parkları Yevlaxda aparılmış quruculuq-abadlıq işlərinin nəticəsidir. 2012-ci ilin səkkiz ayında qazanılmış nəticələr bir daha müzakirə olunanda Yevlaxın dinamik inkişafı nəzərə çarpır. Cari ilin səkkiz ayında ümumdaxili məhsulun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 17 milyon manat artmış, yaxud 10,2 faiz çox olmuşdur. Açılan fabrik və zavodlar əhalinin işsizlik problemini aradan qaldırmaqdadır. 2012- ci ildə Qəbələ rayonunda, bir sıra tarixi keçmiş müasir istirahət-turizm obyektləri, istehsal müəssisələri açılmışdır. Burada yerləşən "Gilan", "Beltman" piano fabrikləri Avropa standartlarına uyğun şəkildədir. Ümumiyyətlə, Qəbələdə fabrik və zavodların, müasir turizm obyektlərinin yüksək səviyyədə fəaliyyəti regionda işsizlik probleminin həllinin aradan qaldırılmasına xidmət edir. Burada "Aqro-Azərinvest" MMC-nin Qəbələ şəhərində yerləşən şərab doldurma müəssisəsi İtaliya və Fransa istehsalı olan müasir texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Ölkəmiz üzümçülük və şərabçılıq üzrə zəngin ənənələri olan xarici ölkələrin təcrübəli şirkətləri ilə sıx əməkdaşlıq edir. Qəbələ rayonunda yerləşən kərpic zavodunun istehsal həcmi ildə 20 milyon manatdır. Bu zavodların avdanlıqları Türkiyədən və Rusiyadan gətirilmişdir. Burada beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri yerləşir. Geniş personal bu otellərdə fəaliyət göstərir. Bu isə həm turizm baxımından, həm də bir sıra insanın həmin otellərdə iş tapmasına səbəb olur. Qəbələ rayonunda daha bir zavod konserv zavodu fəaliyyət göstərir. 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Ümumilikdə isə, bu müəssisədə 350 nəfər çalışır. Bu isə işsizliyin aradan qaldırılmasında atılan addımların nəticəsidir. Bu gün dünyada tanınmış televizor markaları ilə eyni səviyyədə rəqabət apara biləcək "Merkuri" televizorlarının istehsalı ilə məşğul olan 900 milyon manatlıq televizor istehsal edən zavod ölkəmizdə fəaliyyət göstərir. Bu zavodda minlərlə insan özünə iş yeri tapmışdır. Bölgələrimizdən biri olan Naxçıvan ərazisində də işsizliyin aradan qaldırılması üçün bir sıra işlər görülmüş, fabrik və zavodlar açılmışıdır. Avtomobil zavodu, çörək zavodu, sement zavodu, bir sıra su zavodları fəaliyyət göstərir. Avtomobil zavodunda cip minik avtomobili və digər avtomobillər istehsal edilir. Daha sonra burada "Sirab" su zavodu yerləşir ki, bu zavodda müalicə-süfrə suyu Sirab istehsal edilir. "İstifadə olunan mənbələr əsasında xoşagəlimli dada malik "Sirab-12" müalicə süfrə suyu doldurma zavodu fəaliyyət göstərir. Bu su mədə-bağırsaq və sidik ifrazı yollarının xəstəliyi, eləcə də, maddələr mübadiləsinin pozulması zamanı qəbul olunur. Suyun mənbəyi tunc dövrünə aid "Daşqala" memarlıq kompleksi ilə məşhur olan Sirab kəndinin yaxınlığında yerləşir. "Vayxır", Badamlı kimi su zavodları da fəaliyyət göstərir. "Ulduz" Şokolad Fabriki yenidən qurulmaqda və yeni avadanlıqlarla təchiz edilməkdədir. Görülən işlər nəticəsində, demək olar ki, bu şəhərdə işsizlik problemi aradan qaldırılmışdır.
Ruqiyyə Cəfərova