Sosial, iqtisadi, siyasi və hərbi böhran keçirən işğalçı ölkənin əhalisinin 53 faizdən çoxu yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır
Dünyada işğalçı dövlət kimi tanınan Ermənistan, köçürüldükləri ərazilərdə yerli xalqlara qarşı terror və soyqırımı aktı həyata keçirən ermənilər bunun ağır nəticələrini yaşamaqdadır. Həyata keçirdiyi işğalçı siyasət sonucunda özünü iqtisadi blokadaya salan terrorçu ölkədə sosial-iqtisadi böhran getdikcə dərinləşir. Qlobal maliyyə-iqtisadi böhranından ən çox ziyan çəkməsi də rəsmi Yerevanın yürütdüyü separatçı siyasətin iflasa uğradığını açıq göstərir. Uzun illərdir əhalisi aclıq, səfalət və psixoloji böhran içində yaşayan ölkənin durumu getdikcə daha çox pisləşir.
Dünya mediası işğalçı ölkənin düşdüyü ağır durum haqda tez-tez materiallar yayımlayır. Ölkə qəzetlərində də Ermənistanda sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı barədə yazılar dərc edilir. Həmin yazılarda deyilir ki, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır.
"Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur",- deyə qeyd olunur.
Erməni mediası, həmçinin, yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. "Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənstanda demokratiyanın vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. Bu ilin əvvəllərində həmin problem özünü bir daha nümayiş etdirdi. Hakimiyyət prezident seçkiləri zamanı müxalifətə qarşı kütləvi zor tətbiq edir",- deyə yazıda bildirilir.
Məqalələrdə, habelə, Ermənistanda əhalinin böyük əksəriyyətinin ölkəni tərk etdiyi bildirilir. Qeyd olunur ki, qonşu Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salıb. "Dağlıq Qarabağ münaqşəsinin həllini ləngitməklə Ermənistan ölkədə vəziyyətin daha da gərginləşməsinə rəvac verir. Bunu Ermənistanın yeni rəhbərliyi dərk etməlidir",- müəlliflər vurğulayır.
Ölkə əhalisinin artıq 20 ildən bəri davam edən ağır böhrandan çıxmaq üçün hakimiyyətə təzyiq etmək imkanları çoxaldıqca, hakimiyyət bunu nəzərə almaq zorunda qalır. İş o yerə çatıb ki, Ermənistan öz ənənəvi müttəfiqi olan Rusiyadan da xeyir görmür. Hərdənbir bir qədər köhnə silahlar alan Erimənistana bu, çox baha başa gəlir. Müttəfiqi bu ölkədən öz siyasi və iqtisadi maraqları üçün istifadə edir. Ölkənin nəqliyyat və energetika sektoru, demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir. Ən əsası isə odur ki, bu müttəfiqlik Ermənistana Avropa və ABŞ-la starteji müttəfiqliyə imkan vermir. Cənubi Qafqazın digər iki ölkəsi isə artıq Qərbin strateji müttəfiqi rolunda çıxış edirlər. Bu isə işğalçı ölkəni həm beynəlxalq iqtisadi layihələrdə iştirakdan, həm də NATO, ATƏT, AŞ, GUAM kimi təşkilatlarla normal münasibətlərin qurulmasından məhrum edir. Bir qədər öncə Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirak etməməsi də bu ölkəni Qərbin dəstəyindən məhrum edir.
Digər bir məqam isə, işğalçı ölkə tərəfindən Ermənistandan səslənən "müharibə başlasa, bayrağımızı Kürdəmirə sancacağıq" bəyanatları isə acı gülüş doğurur. Savaş başlasa, Azərbaycan ordusunun uzağı 1 aya Yerevanda Azərbaycan bayrağını dalğalandıracaq qüdrətə malik olduğunu bilən ermənilərin bu sözləri küncə qısqırılan itin cırmaq atmasına bənzəyir. O ki qaldı, xarici siyasət məsələlərinə, bu haqda onu demək olar ki, işğalçı və terrorçu dövlətin diplomatik məğlubiyyəti artıq açıq-aydın görünür. Beynəlxalq təşkilatların və böyük dövlətlərin nümayəndələri tərəfindən səslənən son bəyanatlar və açıqlamalar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və soyqırım məsələsində qeyd edilən qəti fikrlər bunu əminliklə söyləməyə tam əsas verir. Erməni lobbisinin bütün dünyada uzun illərdir ki, səsləndirdiyi soyqırımı yalanları artıq ifşa edilməklə paralel olaraq, türklərə qarşı tarix boyu ermənilər tərəfindən həyata keçirilmiş terror və soyqırımı aktlarının dünya birliyi tərəfindən qəbul olunması da xarici siyasətimizin böyük uğurudur.
Analitiklərin fikrincə, ölkənin ağır vəzyyətə düşməsinin səbəblərindən biri də Serj Sarkisyan faktorudur. Daim gənclərə işğalçılıq, yeni-yeni ərazilər zəbt etmək siyasəti aşılayan Sarkisyan heç vaxt ölkənin inkişafını düşünməyib, hərçənd ki, o, düşünmə qabiliyyətindən qat-qat uzaqdır. Ekspertlər və politoloqların fikrincə, baş verən proseslər işğalçı ölkənin suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını açıq-aydın göstərir. Ermənistanda ana müxalifət sayılan Erməni Milli Konqresinin keçirdiyi mitinqlər zamanı Ermənistan ordusuna qarşı səsləndirilən ittihamlar daha kəskin olub və bunun səbəbi də Ermənistan hakimiyyətinin apardığı yarıtmaz siyasətdir: "Bu faktı Erməni Milli Konqresinin koordinatoru Levon Zurabyan da öz çıxışında söyləyib və bildirib ki, Ermənistan ordusunda vəziyyət çox dözülməzdir. O, bu vəziyyətin yaranmasına səbəb kimi isə ordu rəhbərliyinin özbaşınalığını göstərib. Ordu generallarının yüz min dollarlıq ciplərdə gəzdiyi, rüşvətxorluqla və şəxsi varidatını artırmaqla məşğul olduğu bir vaxtda ordu sağlam ola bilməz".
Göründüyü kimi, bu gün Ermənistan təkcə apardığı yarıtmaz xarici siyasətlə deyil, eyni zamanda, daxili qeyri-sabitliklə də seçilir. Bu daxili qeyri-sabitlik isə ölkəni daxildən parçalamağa yönəlmişdir. Hadisələrin bu tempdə davam edəcəyi təqdirdə, Ermənistanın artıq kandarında olduğu uçurumun dibinə yuvarlanması qaçılmazdır. Bu uçurum isə dövlətin birdəfəlik məhvinə və onun artıq qeyri-rəsmi şəkildə itirdiyi mövcudluğunu rəsmi şəkildə itirməsinə səbəb ola bilər.
Aytən Səmədova