PDF Oxu

Sosial

  • 48

Muradsız yaşanılan 40 gün

Faciəli ölümün arzularını da özünlə apardı

Muradsız yaşanılan 40 gün

\r\n

\r\n

\r\n Artıq iki gündən sonra 40 gün olacaq ki, aramızda yoxsan, Murad. Cismani yoxluğun bir dünya sevgimizi səninlə apardı. Bu cismani yoxluqda, MURADIMIZI, sevgimizi elə öz qəlb evində yaşatdığın arzularınla bərabər torpaq altında kömrültdün. Murad, sən əzizlərinə, səni tanıyanlara, sevənlərə daha da yaxın oldun, ən böyük sevginin içində boya-başa çatdığını göstərdin.

\r\n

\r\n Jurnalistlik fəaliyyətimdə ən məsuliyyətli yazını bu gün qələmə alıram, sən dünyada olmadığın zamanda. Yaza biləcəyəmmi? Düşünürəm, əgər yazmasam, bəlkə də Murad məni qınayar, - deyə özümdə güc tapıram. Haradan, necə başlayacağım çox üzücüdür. Sənin kimi bir oğul, vətəndaş, insan haqqında keçmiş olaraq yazmaq barmaqlarıma, bütün varlığıma belə əzab gətirir. Nə yazıq ki, sənsiz bu günləri yaşamaq məcburiyyətində qaldıq.

\r\n

\r\n Kiçik yaşlarından elə ömrünün son gününədək hər kəsə saf, duyğulu, məhəbbət sezilən baxışlarınla rahatlıq gətirdiyin halda, amansız tale bütün bunların üstündən qara xətt çəkdi. Layiqli vətəndaş kimi qarşında duran bütün imtahanlardan ləyaqətlə çıxdıqdan sonra - vəsiqəni əlinə alanda Tanrı səni ağuşuna alıb, bir dəqiqəninmi, saniyəninmi ölçüsündə əbədi dünyanın sakini etməyə tələsdi, çox tələsdi. Deyirlər, ən gözəl insanları Tanrı sevdiyindən cənnət sandığımız məkanın qonağı etməyə tələsir. Görünür, bəzən qəbul etmədiyimiz və tərəddüdlü yanaşdığımız məqamlarda bir həqiqət vardır. Əgər belə olmasaydı, 22 yaşlı Murad İsmayılzadə həyatdan nakam köç etməzdi. Fikirlərimi sənin keçdiyin yolun işığında tarazlamağa çalışıram ki, Muradı olduğu kimi öz cizgiləri ilə verə bilim. Mübaliğəsiz, elə Murad özü olduğu kimi görünsün. Axı, Murad özü də pafoslu danışmağı, səmiyyətdən uzaq olan çöhrələri sevmirdi. Təmkinli, sakit baxışlarında qeyri-səmimi insanlara qarşı istehzası sezilirdi.

\r\n

\r\n Əziz Murad, dünyanın ən böyük, qüdrətli hökmdarı olan Napoleon göy üzünün hökmdarı Allahın, özünün isə yer üzünün hökmdarı olacaq qətiyyəti ilə yaşadığı zamanda nifrət etdiyi, qəbul etmədiyi qeyri-mümkün sözünü ləvğ etməkə mübarizəsinə qalxdı, amma müvəffəq olmadı. Bəlkə elə Tanrı özümüzdən biixtiyar dilimizə elə sözləri daxil edib ki, biz hansısa sözü ləvğ etmək gücündə olmayaq. Qeyri-mümkünlüyü, ayrılıq, ölüm kimi sözlər ən ağrılı olduğundan bu ifadələr insan həyatında özünün qara naxışını salır. Sənin faciəli həyatından ölüm məfhümunu silmək gücündən bizlər də uzağıq. Həyatda çox şeyləri bərpa etmək mümkündür, təkcə yaşanılan zamanı bərpa etmək müşkülə çevrilib. Bu qeyri-müşküllük ülvi arzularını da nakam olaraq əbədi dünyaya ruhunla birlikdə pərvazlandırdı. Murad, azad, sakit bir aləmdə yarımçıq qalmış ömrünü yaşayacaqsan. Kim bilir ruhumuz bir də nə vaxt görüşəcək, Murad? Tanrı heç kəsin qapısını belə qəfil xəbərlə döyməsin. Heç bir valideynə bu əzabı yaşatmasın.

\r\n

\r\n Murad qısa, lap qısa tərcümeyi-halını yazdı. Amma bu səhifələrdə vurğulanmalı, dilə gətiriləsi çox məqamlar var. Sakit təbiəti ilə hamıdan seçilən Muradın işıqlı qəlbində vətən alovu şölələnirdi. Azərbaycanla bağlı səslənən hər bir fikrə laqeyd qala bilmirdi. Azərbaycanın mərd oğlu Ramil Səfərovla bağlı yayılan xoş xəbər - sevincli gündə Murad başqa bir aləmi yaşadı. O, günün sevincini bütün dostları ilə bölüşdü: \"Bu gün Ramil Səfərovu vətənə qaytaran Prezident sabah Qarabağı geri qaytarar\" cümləsini dostlarına mesaj olaraq göndərdi. Bu, onun vətən sevgisi idi. Ali məhəbbətini, vətəndaş mövqeyini ölümündən bir həftə əvvəl bəyan etdi, Murad.

\r\n

\r\n Məktəb illərindən sevildi, əzizləndi, Murad. Müəllimlərinin, sinif yoldaşlarını sevimlisi oldu. Əxlaqı, savadı, davamiyyəti ən başlıcası isə məsuliyyəti ilə. Orta məktəbi bitirəndən sonra qəbul imtahanlarında yüksək ballardan birini - 592 bal topladığı halda, mən müəllimlərimin etimadını doğrultmadım, - deyə çox pərişan oldu. Həmin zamanda özünə yer tapa bilmirdi.

\r\n

\r\n Murad istedadlı idi. Bacarıqlı idi. Bir gənc politoloq olaraq elmi biliyə mükəmməl yiyələndi. Bakı Dövlət Universitetini müvəffəqiyyətlə bitirdi. Tələbəlik illərindən jurnalist kimi \"Səs\" qəzetində işləyirdi. Yaşının az olmasına baxmayaraq ictimai-siyasi proseslərə baxışını ortaya qoyur, təhlillər yazırdı. Jurnalist kimi \"Səs\" qəzetində çalışsa da, amma gələcəyin parlaq politoloqu kimi özünü görürdü. Hətta tarixə izi düşən insanlardan bir olacağını hələ orta məktəbdə parta arxasında oturduğu zamanda belə dilə gətirirdi. Balaca dünyasında böyük bir məkan yaratmışdı - qaynar, coşqun dəniz kimi çağlayan qəlbinin arzuları böyük, sonsuz idi. Arzularını gerçəkləşdirmək üçün çox tələsirdi. Bəlkə də üzərinə düşən bütün lazımı öhdəlikləri çox yaşıdlarından əvvəl həyata keçirdi.

\r\n

\r\n Əsgəri ximətdə olarkən hamı onu \"politoloq\" deyə çağırırdı. Tez bir zamanda elə məsuliyyətli darvanışı ilə əsgərlər sırasında da seçildi, fərqləndi. Xüsusi bayram günlərində tribunadan əsgərlər qarşısında məruzələr edirdi və hər kəs onun çıxışına diqqət edirdi. Hərbi xidmətini başa vurub gələndə valideynlərinə xüsusi bir sevinclə, mənə yaxşı xidmət etdiyimə görə \"Təşşəkürnamə\" verilib, - dedi.

\r\n

\r\n Arzusu sonsuz idi. Əzmli idi, israrlı olaraq arzusuna doğru addım atırdı. Magistraturaya daxil olub, təhsilini davam etdirmək arzusunda idi. İki ay idi ki, əsgəri xidmətini başa vurub qayıtmışdı. Arzularını bir gecənin qaranlığında özü ilə apardı, qayıtmaz, geri dönməz bir məkanda dəfn etdi. Hər kəsə, hər şeyə diqqətcil, məsuliyyətli olan Murad bir göz qırpımında hansısa məsuliyyətsiz, bəlkə də harın bir insanın güdazına getdi. Öz zəhməti, yuxusuz gecələri bahasına əldə etdiyi nailiyyətləri bir... (ona hansı ad vermək olarsa, qoy oxucu desin) ehtiyatsızlığı ilə məhv oldu. Bir gəncin işıqlı, nurlu həyatını bir gecənin içərisində alt-üst edən, ana harayını ucaldan haqq, ədalət cəzasını, qanunu cəzasını alacaq. Buna kimsə şübhə edə bilməz. Bəs vicdanın məhkəməsindən qurtulan gün, görəsən, nə vaxt olacaq?! Nə zaman \"mən azad oldum\" kəlməsini işlədəcək? Görəsən, ömürlük cəzasını - vicdan əzabını kişi kimi çəkə biləcəkmi? Əlbəttə ki, ilk saniyədəki addımları artıq çox şeyi deyir. Muradın mənində bir kişilik yaşayırdı. Heç bir ananın göz yaşına tab gətirə bilmirdi. Bu dərsi yaşadığı ocaqdan əxz etmişdi Murad. Kimsənin qəlbinə zərrə qədər toxunarkən günlərlə mənəvi əzab yaşayan Murad belə bir hadisəni törətsəydi, nə hadisə yerindən qaçar, nə özünü gizlədər, nə də bağışlanması üçün yollar arayardı. O, bunu etməzdi, hətta özünü intihar haqqında belə düşünərdi. Mən buna varlığım qədər əminəm. Murad başından dırnağına qədər sədaqətli, dinli, imanlı bir oğul idi. Halal çörəklə böyümüşdü. Halallığı da sevərdi.

\r\n

\r\n Hikmətli sözü-söhbəti ilə yaddaşlarda portretini yaratdı. Hər kəsin göz yaddaşına, qulaq yaddaşında Murad elə ona məxsus olan dəyərləri ilə öz izini, naxışını saldı. Murad bütün dəyərləri ilə yüsəkdə durdu. Bəlkə də Tanrı onun elə pak saf duyğularını qorumaq, onun adını elə belə - Murad kimi yaşatmaq üçün aramızdan tez 22 yaşında apardı.

\r\n

\r\n Yerin siman kimi nurlu, işıqlı olsun, əziz Muradımız!

Digər xəbərlər