PDF Oxu

Sosial

  • 44

Büdcə gəliri 17 milyard təşkil edəcək

Büdcə gəliri 17 milyard təşkil edəcək

Dövlət proqramları nəticəsində respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılır, dinamik iqtisadi artımın davamlılığı təmin edilir, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmaqdadır. Bu dövlət proqramları ölkədə mövcud olan sosial problemlərin, o cümlədən, yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Bu isə Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Qəbul edilən dövlət proqramları nəticəsində əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.

Ölkəmizdə sosial problemlərin, o cümlədən, yoxsulluq probleminin həlli istiqamətində xeyli işlər görülmüşdür. Həmin dövlət proqramlarının həyata keçirilməsi nəticəsində yoxsulluq faizi aşağı düşmüş, bir çox iş yerləri, müəssisələr açılmışdır. Belə ki, bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 70 faizi məhz regionların payına düşür. Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2012-ci il ölkədə 299 min yeni iş yeri açılıb. Bunun da 219,9 mini daimi iş yeri olub. Qeyd edim ki, iş yerlərinin 58,2 mini, o cümlədən, 40,4 mini təkcə 2012-ci ilin birinci yarısında yaradılıb."2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması Dövlət Proqramı" təsdiq edilmişdir. Çünki dünyadakı qlobal məsələlərdən biridə məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının azaldılmasına nail olmaqdır. İqtisadi göstəricilərə nəzər saldıqda, görürük ki, yoxsulluq səviyyəsi aradan qaldırılmış, əhalinin rifah halının yüksəldilməsinə nail olunmuşdur. Regionlarımızda abadlıq- quruculuq işləri görülmüş, həmçinin, yeni yollar salınmışdır. Bu yollar genişləndirilərək, əsaslı təmir edilmişdir. Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində qaz təchizatı ilə bağlı olan problemlər aradan qaldırılmışdır. Dövlət Proqramı çərçivəsində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmiş, bu illər ərzində yeni məktəb binaları tikilmiş, bəzi məktəblər isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Son bir neçə ildə isə Azərbaycanda 2200-dən çox orta məktəb, 400-dən çox yeni, müasir xəstəxana, 34 olimpiya mərkəzi standartlara uyğun şəkildə tikilmiş, istifadəyə verilmişdir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına görə ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, demək olar ki, nail olunmuşdur. Eyni zamanda, yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirmişdir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu Dövlət Proqramlarının nəticəsində Azərbaycan bütün infrastrukturunun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaratmış və yaradacaqdır. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər 3 səviyyədə gerçəkləşdirilmişdir. Ölkə əhəmiyyətli tədbirlər, Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər, ölkənin iqtisadi rayonları səviyyəsində həyata keçiriləcək tədbirlər. Demək olar ki, buna da tam şəkildə nail olunmaqdadır. Dövlət Proqramının icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də iş adamlarının güzəştli kreditlərlə təmin edilməsi mexanizmi olmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan dövləti sosial yönümlü siyasət aparır və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramlar həyata keçirir. Ölkədə sürətli iqtisadi inkişaf və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, kasıblığın səviyyəsini son 5-7 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaradıb. 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 17 milyard təşkil edəcək dövlət büdcəsinin xərclər hissəsində sosial yönümlü xərclər mühüm paya malikdir. Belə ki, 2012-ci il üçün dövlət büdcəsində sosial xərclər 28 % təşkil edir. Son 7-8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət proqramları həyata keçirilib, onların mühüm bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Sonuncu proqramın icrasına Qarşıdakı 4 ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına 80 milyon manat vəsait ayrılıb. Bütövlükdə, büdcədən hər il sosial yönümlü proqramlara ayrılan xərclər, ümumilikdə, milyardlarla manat həcmindədir. Əhalinin, xüsusən də, gənclərin mənzil probleminin aradan qaldırılmasına dair proqramlardan biri də müəyyən sosial qrupların məqbul şərtlərlə mənzil əldə edə bilməsinə yönəlib. Bu məqsədlə son illər ölkədə sosial ipoteka proqramlarının həyata keçirilməsinə başlanılıb. Sosial ipoteka mühüm sosial proqramlardan biri hesab olunur, bu proqramın məqsədi dövlət vəsaitləri hesabına müəyyən sosial qruplara aşağı bank faizi ilə uzunmüddətli mənzil kreditlərinin ayrılmasıdır. Sosial ipoteka proqramı son illər başlasa da, ona maraq sürətlə artır.

RUQİYYƏ CƏFƏROVA

Digər xəbərlər