PDF Oxu

Sosial

  • 293

BİR ÖMRÜN JURNALİSTİ - VƏLİ VƏLİYEV - 50

BİR ÖMRÜN JURNALİSTİ - VƏLİ VƏLİYEV - 50

Adətən, yubilyarlar haqqında deyilən xoş sözlər, təbrikli ifadələr, demək olar ki, bir çox vaxtlarda cəmiyyətə şablon təsiri bağışlayır. Ancaq bu dəfə biz şablon ənənəsini bir kənara qoyaraq, ürək dərinliyimizdə olan ən xoş arzuları hörmətli yubilyarımıza çatdırmaq istərdik. Çünki yubilyarımız elə-belə, sıradan olan şəxs deyil, o, uzun illər mətbuat sahəsində çalışaraq uğurlar qazanan, öz peşə uğurlarını "Sə0s" İnformasiya Agentliyində davam etdirən Vəli müəllimdir!

Vəli Vəliyev SİA-nın icraçı direktoru... Bu adı və soyadı yazarkən, nə düşünürük? İlk növbədə, deyə bilərik ki, bu gün redaksiya heyətində bir çoxlarının hörmətini qazanmış Vəli müəllim nə az, nə çox, düz 50 yaşını tamamlayır. Əslində, hər hansı bir peşə fəaliyyətində çalışan insanlar haqqında fikir söyləyərkən, ilk növbədə, onların çalışdıqları peşədə qazandıqları nailiyyətlər, uğurlar haqqında bəhs edilir. Məhz bu səbəbdən də məqaləni hazırlayarkən, onun adını "Bir jurnalistin ömrü" başlığı altında təqdim etmək istəyirdik. Ancaq sonradan Vəli müəllimin həyatını mükamilə edərkən, başlıq da öz-özünə dəyişildi - BİR ÖMRÜN JURNALİSTİ...

Bəli, bu gün Vəli Vəliyev imzası Azərbaycan mətbuatında kifayət qədər tanınır. Çalışdığı digər mətbuat orqanlarında həm sadə jurnalist, həm də baş redaktor kimi fəaliyyəti dövründə dünyaya həqiqət, reallıq pəncərəsindən baxan Vəli Vəliyev, təbii ki, bu şərəfli amil nəticəsində ölkə mətbuatında öz imzasını təsdiq etməyə kifayət qədər nail olub. O, məhz BİR ÖMRÜN JURNALİSTİ kimi 50 yaşını tamam edir. Cərəyan edən müxtəlif hadisələrə ədalətli, vicdanlı və qərəzdən uzaq yanaşmaqla həmkarları arasında seçilən Vəli müəllim, ümid edirik ki, bundan da artığına layiqdir.

Əslində, Vəli müəllimin 50 yaşını qeyd etmək həm də gənc, fəaliyyətlərinə yenicə qədəm qoymuş jurnalistlər üçün də bir örnəkdir. Məhz Vəli müəllim kimi düzü düz, əyrini əyri yazmaqla, hadisələrə ədalətli mövqedən yanaşmaqla, eləcə də, əldə edilən informasiyaları cəmiyyətdə zamanında, heç bir qərəz olmadan çatrıdmaqla jurnalistikada nüfuz qazanmaq mümkündür. Bu əhəmiyyətli, ibrərtverici sözləri "Səs" qəzetinin baş redaktoru, "Sia"nın Baş direktoru Bəhruz Quliyev yubliyarın təbrik toplantısında vurğuladı. Bəhruz Quliyev onu da qeyd etdi ki, Azərbaycan jurnalistikasında örnək götürüləsi olan bir çox tanınmış yazarlar mövcuddur. Onların hər birinin əməkləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və bu ənənə davamlı olacaq.

Bizlər də hörmətli Vəli Vəliyevi 50 illik yubileyini təbrik edir, onun peşə fəaliyyətindəki uğurlarının davalı olmasını arzu edirik. Növbəti yubileylərinizi qeyd etmək arzusuyla...

"Səs" qəzetinin və "Səs" informasiya agentliyinin kollektivi adından dərin rəğbət və tükənməz hörmətlə.

Digər xəbərlər