PDF Oxu

Sosial

  • 25

Qaranlıq yolun yolçusu

RATİ-nin fəaliyyəti anti-Azərbaycan meyilli qüvvələrin maraqlarına xidmət edir

Qaranlıq yolun yolçusu

Azərbaycanda bir çox Qeyri-Hökumət Təşkilatı (QHT) var ki, onların fəaliyyəti yalnız antimilli, anti-Azərbaycan meyilli qüvvələrin maraqlarına xidmət edir. Belə siyasiləşmiş QHT-lər sırasında RATİ-ni xüsusi vurğulamaq lazımdır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ölkədə insan hüquq, söz və mətbuat azadlıqların təmin olunması ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli hesabatlar hazırlamaqla ictimai rəyi çaşdırmağa yönəldilmiş qeyri-obyektiv fəaliyyət göstərir. Hələ "Eurovision-2012" mahnı müsabiqəsi zamanı RATİ və onun ətrafındakı bir sıra təşkilatlar açıq şəkildə Azərbaycanla bağlı qara piar kampaniyası apardığının şahidi olmuşduq. Beynəlxalq səviyyəli tədbir zamanı bu insanlar "Demokratiya uğrunda oxu" adı altında anti-Azərbaycan kampaniyasına başladılar. Azərbaycanın qürur duyduğu bu müsabiqəni siyasiləşdirmək, guya Azərbaycanda insan haqlarının olmamasının dünyaya çatdırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edən bu qüvvələrin hətta müsabiqədə iştirak edən müxtəlif ölkələrin nümayəndələrinə səhnədə siyasi çıxışlar etmələri ilə bağlı müracitələr də etmişdi. Heç bir nəticə verməyən bu addımlar təbii ki, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa hesablanmış və bu kampaniyanın arxasında duran, onları maliyyə vəsaiti ilə təmin edənlər də Azərbaycanı hədəfə alan qüvvələr idi. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın milli maraqlarına qənim kəsilən bu qüvvələrin bütün cəhdləri iflasa uğradı.

RATİ icazəsiz və qanunsuz aksiyaların keçirilməsini demokratiya hesab edir

RATİ-nin təsisçisi və sədri Emin Hüseynov olsa da, əsində, bu ad formal xarakter daşıyır. Yəni, digər siyasiləşmiş QHT-lər və dağıdıcı müxalifət partiya sədrləri kimi xaricdən idarə edilir. Bu təşkilatın arxasında dayanan bəzi anti-Azərbaycan və anti-meyilli qüvvələr maliyyə dəstəyi ilə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara göndərilir. Xüsusilə, Azərbaycana jurnalistlərin döyülməsi, ölkədə söz və mətbuat azadlığının olmamasına dair qərəzlə hazırlanan hesabatlar heç də reallığı əks etdirmir. Bu təşkilata təkcə xarici havadarlar yox, eyni zamanda, dağıdıcı müxalifət də geniş dəstək verir. Dağıdıcı müxalifətlə çiyin-çiyinə çalışan RATİ Azərbaycan haqqında mənfi fikirlər yaratmağa çalışır. Dağıdıcı müxalifətlə əməkdaşlığına gəlincə, icazəsiz aksiylar zamanı çəkilən şəkillər, jurnalistlərin polsilərə güc tətbiq etməsi onlara əvvəlcədən verilən antimilli sifarişin məlum tərəfidir. RATİ sədri Emin Hüseynovun ötən həftə dağıdıcı müxalifətin icazəsiz aksiyasına sərgilədiyi münasibətdə də xarici anti-Azərbaycan meyillərin olduğu açıq şəkildə görünür. Bir halda ki, RATİ siyasiləşmiş QHT-lər sırasındadır, o zaman demokratik dəyərlərdən dəm vuran RATİ-nin açıqlamalarında icazəsiz və qanunsuz aksiya keçirməyə can atan bəzi qüvvələrin siyasi mədəniyyətə dəvət olunması ilə bağlı fikirlər də səsləndirilməsi daha obyektiv sayılardı.

Babək Hacıyev

Digər xəbərlər