PDF Oxu

Sosial

  • 28

Elmi kəşflər dünya müstəvisinə çıxarılır

Buludxan Xəlilov: "Ümüd edirik ki, yaxın gələcəkdə alimlərimizin Nobel mükafatı aldıqlarının şahidi olacağıq"

Elmi kəşflər dünya müstəvisinə çıxarılır

Tarixdən məlum olduğu kimi, Nobel qardaşları Bakı neftinin hesabına böyük nailiyyətlər, geniş maddi imkanlar əldə etmişdilər. Ancaq maraqlı və təəccüb doğuran hal odur ki, Nobel Fondunun büdcəsi Baki neftindən əldə olunmuş vəsait hesabına formalaşsa da Nobel sülh mükafatını hələ də Azərbaycan alimlərindən alan olmayıb. Bu fondun islam dünyasına yaxşı olmayan münasibəti ilə əlaqələndirilsə də, əslində, Nobel qardaşlarının baxışlarında heç zaman dünyaya mənfi tendensiya ilə yanaşma olmayıb. Bu halda sual yaranır niyə Azərbaycan alimlərinin etdiyi kəşflər, apardığı mühüm tədqiqatlar dünyamiqyaslı rəy ala bilmir? Niyə hələ bu vaxtadək heç bir Azəarbaycan vətəndaşı Nobel Sülh Mükafatına layiq görülməyib? Bunun səbəblərini araşdırmaq üçün alimlərimizə müraciət etdik.

Buludxan Xəlilov: "Əgər bu gün Nobel mükafatçısı yoxdursa, görünür, alimlərimizin təqdimatında çətinlik çəkirik "

Azərbayca Pedaqoji Univeristetin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov söylədi ki, Azərbaycanda elmin ayrı-ayrı sahələrinin inkşafı ilə bağlı fundomental işlər görülüb. Elmin bütün sahələri üzrə çox görkəmli alimlərimiz, mütəxəssislərimiz var və olacaqdır. Amma müxtəlif elm sahələri ilə bağlı aparılmış araşdırmaların dünya miqyasına çıxılmamağının müəyyən səbəbləri var. Birinci səbəb dil məsələsidir. Belə ki, beynəlxalq sahəyə çıxmaq və öz elmimizi inteqrasya etdirmək üçün dünyanın beynəlxalq dillərində elmi tədqiqatların olması vacib şərtdir. Biz Sovetlər İttifaqı dövründə yaşayərkən rus dilində yazılmış məqalələr, kitablar, dərsliklər, o vaxt rus dili işlək dil olduğu üçün, daha tez yayılırdı. Amma doğma ana dilində yazılmış kitabların işlənmə arealı çox məhdud qalırdı. Bu mənada, müasir zamanda da belədir, dünyanın qəbul olunmuş beynəlxalq dilləri var. Ən işlək dil olan ingilis dilində yazılmış məqalələr, elmi kitablar öz oxucusunu daha geniş arealda tapır. Amma konkret bir dildə, məsələn, Azərbaycan dilində yazılmış kitablar, elmi məqalələr, təbii ki, dünyaya yayıla bilmir. Çünki dil məsələsi artıq burada müəyyən çərçivə yaradır. Bunu da etiraf etmək lazımdır ki, elmi ixtiralarımızın dünyanı düşündürən aktual mövzularda olmaması arzuolunan səviyyədə deyil. İkinci bir məsələ isə əgər bu gün Nobel mükafatçısı yoxdursa, görünür, alimlərimizin təqdimatında çətinlik çəkirik. Alimlərimiz Azərbaycan coğrafyasından çıxıb, dünya arenasında yetərincə tanınmalıdır. Yazıçı və şair dünya oxucularının nəbzinə uyğun əsərlər yazmalıdır. Gərək bədii əsər dünyəvi mahiyyət kəsb edə bilsin, dünya oxucularının maraq dairəsində ola bilsin. Bu istiqmətdə isə görüləcək işlər çoxdur.

Məmmədəli Ramazanov: "Azərbaycan alimləri dünyanın bir sıra nüfuzlu jurnallarında kifayət qədər məqalələr dərc etdirə bilir"

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Məmmədəli Ramazanov bildirdi ki, Azərbaycan elminin dünyada yüksək səviyyədə yerini tapması üçün ilk öncə elm tutumlu sənaye olmalıdır. Elm tutumlu sənaye formalaşdıqca Azərbaycan alimləri üçün həmin sənayedən, sənaye məhsullarından öz istehsalı zamanı, işi zamanı problemlərin tədbiqi istiqamətində olacaq. Elmin istehsalla əlaqəli şəkildə qurulması üçün birisinin qoyduğu problemi digəri həll etməlidir. O ki, qaldı elm adamlarımızın beynəlxalq səviyyədə ixtiralarının qəbul olunub olunmamasına bunun üçün alimlərimizin dünyanın indekslənən "Tonse Reytest" agentliyin siyahısına daxil olan jurnallarda çap olunan məqalələrin siyahısına nəzər yetirmək kifayət olardı. Azərbaycan alimləri dünyanın bir sıra nüfuzlu jurnallarında kifayət qədər məqalələr çap etdirir, bu məqalələr tədbiqi xarakterli olub, birbaşa istehsala gedə biləcək araşdırmalardır. Amma alimlərin elmi işlərinin tədbiq olunmamasının səbəblərindən biri isə aralıq ötürücü sistemlərin olmamasıdı. Ali məktəblərdə, akademya sistemində texnoparklar yaradılarsa elmlə istehsalat arasında əlaqələri yaratmış olardıq. Bu yaxınlarda Cənab Prezidentin Sərəncamı əsasında Sumqayıtda yaradılmış texnopark bunun əyani sübutudur. Azərbaycan alimləri dünyanın bir çox beynəlxalq elm proqramlarına qoşulublar, xarici ölkələrdə donor ölkələrdə elmi qrantlar yerinə yetiriblər.

Fizuli Qurbanov: "Ümüd edirik ki, alimlərimiz Nobel mükafatına layiq görüləcək"

Fəlsəfə elmləri doktoru Fizuli Qurbanov bildirdi ki, hər hansı bir elmdə aparılan tədqiqatların dünya miqyasına çıxması üçün xüsusi bir mexanizm olmalıdır ki, beynəlxalq aləmə uyğun qaydada işlədilə bilsin. Azərbaycan müstəqilliyi tarixi baxımdan yeni qurulmuş ölkələrdəndir və burada təhsil və elm sahəsi yenidən qurulur, islahatlar aparılır. Bu sahədə işlər davamlı olaraq həyata keçirilir. Sovet dövründə elmi ixtiraların proktikaya tədbiqinin reallaşması çox uzun çəkirdi, bizim alimlərimizə fundamental tədqiqatların aparılmasına elədə imkan verilmirdi. İndi isə müstəqil dövrdə elmi kəşflərin dünya müstəvisinə çıxarılması prosesində mexanizmlər reallaşdırılır. Ümüd edirik ki, yaxın gələcəkdə alimlərimizin Nobel mükafatı aldıqlarının şahidi olacağıq.

İntizarə Məmmədova

Digər xəbərlər