Bu gün Azərbaycanda xarici ölkələrdən gətirilmiş hər cür uşaq oyuncaqları tapmaq mümkündür. Amma təssüfedici hal ondan ibarətdir ki, həmin oyuncaqların bəziləri keyfiyətsiz məhsullardan hazırlandığı üçün uşaqların sağlamlığına təhlükə yaradır. Məsələn, Polşadan, Moskvadan, Belarusdan gətirilən oyuncaqlarla Çindən gətirilən oyuncaqlar arasında kəmiyyət və keyfiyyət baxımından kəskin fərqlər özünü göstərir. Söhbət etdiyimiz ekspertlər də uşaq oyuncaqlarının keyfiyyəti ilə bağlı narahatlıq yaradan vəziyyətin olduğunu və bu cür halların qarşısının alınması ücün imkanların olduğunu bildirdilər.
İlona Əlibəyova: "Oyuncaqlar uşaqların həyatında mühüm rol oynayır"
"Fantasy" mağazasının baş meneceri İlona Əlibəyova bildirdi ki, uşaq oyuncaqlarının alınmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bu məsələdə diqqətli olmalıdırlar: "Mağazamızdakı oyuncaqlar, əsasən, Rusiyadan və Belarusdan gətirilir. Sifariş verilən oyuncaqlar keyfiyyətli olur və uşaqlar üçün heç bir təhlükə yarada bilməz. Qeyd edim ki, Belarusdan gətirilən oyuncaqlar keyfiyyət baxımından Rusiyadan gətirilən oyuncaqlardan daha keyfiyətlidir. Bu oyuncaqların qiymət artımındada ciddi dəyişikliklər nəzərə çarpmır. Uşaqlar daha çox böyük maşınlara və plastmas musiqili oyuncaqlara üstünlük verirlər".
İ.Əlibəyovanın sözlərinə görə, oyuncaq seçimi yaşa görə fərqlənir. 8-12 yaşlı uşaqlar əsasən yumşaq kuklalara, yastıqlara üstünlük verirlər. Ən çox tələb olunan oyuncaq isə kayu, Moskavanın yeni cizgi filmlərindəki oyuncaqlardır. Kayular daha çox Çindən gətirildiyi üçün keyfiyətsiz sayılır. Lakin Çinin , Tayvanın elə fabrikləri var ki, orada istehsal olunan oyuncaqlar keyfiyyətli və kəmiyyət baxlmdanda yaxşıdır. Əsil keyfiyyətli kayuları mağazalarda tapmaq çətindir. Valideynlərə məsləhət görürük ki, oyuncaq alarkən, oyuncağın keyfiyyətinə fikir versinlər. Bu oyuncaqları təmizləyərkən, paltaryuyan maşından istifadə etməsinlər. Sintifon doldurulmuş oyuncaqlı balınclar alarkəndə ehtiyatlı olsunlar. Onların tərkibinə fikir versinlər. Əsasən, sintifon yox, palitrin yastıqlara üstünlük verilir. Çünki sintifon yastıqlar yayda tərləyir. Palitrin parçadan olan yastıqlar yay fəslində də tərləmir, sərin qalır. Bu mağazada satılan oyuncaqlar gigiyenik testdən keçirilir, ondan sonra satışa çıxarılır. Mağazada 3- 700 manat qədər oyuncaqlar var və bu oyuncaqların keyfiyyətinə zəmanət verilir.
Gülşən Nəzərova: "Tüklü oyuncaqlar allergik xəstəliklərin törədilməsinə səbəb olur "
11 saylı Uşaq Poliklinkasının həkim-pediatrı Gülşən Nəzərova bildirdi ki, oyuncaqlarla uşaqlar bilavasitə təmasda olurlar: "Tüklü oyuncaqların tərkibində elə konservantlar var ki, allergik mənşəli xəstəliklərin törədilməsinə səbəb olur. Bu oyuncaqların tükləri qıcıqlandırıcı effekt verir. Uşaqda allergik bronxidlərin sayı buna görə artır. Bu konservantlar gələcəkdə uşaqlar üçün təhlükəli olan şiş xəstəlikləri yaranmasına gətirib çıxarır. Dişi çıxan uşaqlar üçün valideyinlər rezin oyuncaqlar alırlar. Məsləhət görərdim ki, bu oyuncaqları alarkən tərkibinə fikir verilsin, həmin oyuncaqlar apteklərdən alınsın. Oyuncaqların keyfiyətsizliyi damaqda problemlər yaradır, eyni zamanda, stamatoloji cəhətdəndə dişlərin formalaşmamasına təsir edir. Bu oyuncaqların sintetik tərkibdə olması uşaqlar üçün çox təhlükəlidir. Bunun nəticəsində, burunda, boğazda faringit, bronxid tipli xəstəliklərin yaranması üçün mənbə yaradır.
Valideyinlərə məsləhətimiz budur ki, mənbəyi, istehsalı və tərkibi məlum olmayan oyuncaqları uşaqları üçün almasınlar. Bu oyuncaqların qiyməti aşağı olsa da, tərkibi təhlükəlidir".
Aygün Zamanova: "Valideynlər oyuncaq seçərkən ehtiyatlı olmalı, oyuncağın keyfiyyətinə fikir verməlidirlər"
"Aytam" Uşaqların Mədəni Maarifləndiməsi" İctimai Birliyinin sədri Aygün Zamanova bildirdi ki, oyuncaqlar uşaqların həyatında mühüm rol oynayır. Valideynlər oyuncaq seçərkən ehtiyatlı olmalı, onun keyfiyyətinə fikir verməlidirlər. Alınan yumşaq oyuncaqlar yuyulduqdan sonra uşqalara verilməlidir. Əslində, bu hal çox ciddi fikir verilməli sahədir. Maarifləndirmə cəmiyyəti olaraq, valideynlər arasında bu mövzuyla bağlı işlər aparırıq. Bu yaxınlarda cəmiyyətimiz tərəfindən tədbirlər həyata keçiriləcəkdir.
Ruqiyyə Cəfərova