Elşən Manafov: "Bakı şəhər İcra Hakimiyyətinin aksiyalar keçirmək üçün ayırdığı yeri "İctimai Palata"nın qəbul etməməsi məqsədyönlü xarakterdədir"
Dağıdıcı müxalifət düşərgəsini təmsil edən qüvvələr yenidən ölkədə icazəsiz aksiyalar keçirmək xulyasına düşüb. Yəni, müxalifət qüvvələri dekabr ayının 5-də və 10-da icazəsiz aksiyalar keçirəcəyini bəyan ediblər. Demək olar ki, müxalifətçilərin icazəli yox, məhz icazəsiz aksiyalar keçirmək istəkləri onların sosial bazasının olmamasından irəli gəlir. Çünki müxalifət ölkədə icazəli aksiyalar keçirmək üçün əvvəlcə sosial bazaya malik olmalıdır. Amma gördüyünüz kimi, müxalifət qüvvələrinin heç bir sosial bazası yoxdur.
Ona görə də, dağıdıcı müxalifət qüvvələri icazəsiz aksiyalar keçirməklə uduzsalar belə, yenə də icazəsiz aksiyalarını keçirməyə daha çox üstünlük verir. Məsələyə münasibət bildirən Demokratik Sol Partiyasının sədri Elşən Manafov qeyd etdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrinin dekabr ayının 5-də aksiyalar keçirmək istəyinə Bakı şəhəri İcra Hakimiyyəti, hələ ki, münasibət bildirməyib. Fakt ondan ibarətdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin aksiyalar keçirmək üçün ayırdığı yeri "İctimai Palata" qəbul etməyir. Bu da məqsədlidir.
Müxalifət aksiyalar keçirməsi onların konstitusion hüquqlarıdır. Bununla belə, hər iki tərəf konstitusyanın müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl etməlidir. Müxalifətin icazəsiz aksiyalar keçirmək istəyi 2013-cü ildə keçiriləcək, prezident seçkiləri ilə bağlı ola bilər. Demək olar ki, müxalifət qüvvələri seçkiqabağı bu cür aksiyalar keçirməklə cəmiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər. Müxalifət düşərgəsini təmsil edən qüvvələrin ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirməsi xaricdə olan qüvvələrin dəyirmanına su tökmək deməkdir. Çünki xaricdə olan qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıqla yanaşırlar. Bu baxımdan, müxalifət icaəzsiz aksiyalar keçirməyə təhrik edilir. Ona görə də, müxalifət təmsilçilərinin icazəsiz aksiyalar keçirməsi heç də müsbət hal kimi dəyərləndirilə bilməz.
GÜLYANƏ