PDF Oxu

Sosial

  • 29

"Vahid namizədlik" məsələsi artıq müxalifətin iç üzünü bir daha açdı

Müxalif düşərgənin nümayəndələri düşünür ki, Müsavat partiyası Azərbaycanda siyasi müxalifətin bir araya gəlməsinə imkan vermir

"Vahid namizədlik" məsələsi artıq müxalifətin iç üzünü bir daha açdı

Mübariz Qurbanlı: "Həmməruzəçilər deyirlər ki, biz başa düşmürük nə etməliyik ki, müxalifətdə olan bəzi radikallar bizdən razı qalsınlar?"

Dəfələrlə müxalifət düşərgəsində baş verən hadisələrlə bağlı verdiyimiz proqnozlar özünü bir-bir doğrultmaqdadır. Göründüyü kimi, "vahid namizədlik" məsələsi artıq müxalifətin iç üzünü bir daha açdı. "İctimai Palata" adlı qondarma qurumudakı AXCP-Müsavat qruplaşması elə indidən, prezident seçkilərinə hələ xeyli vaxt qalmış öz xislətlərini büruzə verdi və "vahid namizədlik" uğrunda açıq savaşa keçdi. İsa Qəmbər öz namizədliyini irəli sürdükdən sonra Əli Kərimli də gələn il keçiriləcək seçkilərdə namizəd olacağını gizlətməyib. Elə onun nəzarətində olan qəzetə müsahibə verməklə bu iddiasını bir daha gizlətmədiyini ortaya qoydu. Əslində, bu, "İctimai Palata"dakı qruplaşmalar arasındakı qarşıdurmanın daha da kəskinləşdiyindən xəbər verir.Amma radikal müxalifət düşərgəsində daha iddialı görünən İsa Qəmbərdir. Müsavat başqanı düşən hər fürsətdən istifadə edərək, müəyyən siyasi dividendlər əldə etməyə çalışır. Ümidləri bütün yerdən üzülən İsa Qəmbər indi də Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adlı qurumla sövdələşməyə getmək, həmin qurumda toplaşmış zəngin şəxslərin imkanlarından yararlanmaq istəyir. O, faktiki olaraq, bu quruma müracət edib və onlardan kömək istəyib. İ.Qəmbər həmişə olduğu kimi, bu dəfə də hakimiyyətə gəlməyin yolunu xalqın dəstəyində deyl, xarici qüvvələrin dəstəyində, onların çirkli pullarında axtarır.Aydındır ki, İsa Qəmbər başqasının çətiri altına sığınmağı sevən "siyasətçi"dir. O, Söyün Sadıqovun "Rusiya Erməniləri İttifaqı"nın prezidenti Ara Abramyanla dostluq əlaqələrinin olduğunu eşidib və həm yeni yaradılmış qurumun, həm də A.Abramyanın var-dövlətindən istifadə edə bilər.İsa Qəmbərin bu cəhdləri nəinki ictimaiyyət, hətta müxalif düşərgənin də daxilində ciddi qınaqla qarşılanıb. ASDP həmsədri Araz Əlizadə deyib ki, İsa Qəmbər Levon Ter-Petrosyanın təşkilatı ilə əməkdaşlıq barədə saziş imzalayıb: "Bu, azərbaycanlıya yaraşan hərəkət deyil. Azərbaycan torpaqları işğal ediləndə Ter-Petrosyan ermənilərin lideri idi. Baş separatçı ilə saziş heç bir məntiqə sığmır.ADP sədri Sərdar Cəlaloğlu isə vurğulayıb ki, Müsavat Partiyası Azərbaycanda siyasi müxalifətin bir araya gəlməsinə imkan vermir: "İsa Qəmbər müxalifətin görüşməsinə, fikir mübadiləsi aparmasına qəti şəkildə etiraz edir. Çünki hesab edir ki, birlik olan yerdə onun iddialarına qarşı alternativ iddialar, fikirlər olacaq. Ona görə də onlar özlərinin üstün mövqeyə malik olduqları məkanda qalmağa üstünlük verirlər".Radikallar arasında böyük uçurumun olması da onların xarici təşkilatların nümayəndələrilə görüşlərdə absurd fikirlər səsləndirməsini şərtləndirir. Elə Avropadan gəlmiş həmməruzəçilərlə də dalaşan radikallar psixoloji sabitlikdən kənar olduqlarını ortaya qoyublar. Bununla bağlı fikirlərini mətbuata bildirən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, kim Azərbaycanı müdafiə edirsə, müxalifət ona hücum edir: "AŞ-nın həmməruzəçiləri deyirlər ki, biz obyektiv məruzə hazırlamışıq, burada Azərbaycan hökumətini də tənqid etmişik. Ancaq sizin müxalifətçilərinizin bəziləri bizi günahlandırırlar ki, guya biz Azərbaycan hökumətini tənqid etmirik. Həmməruzəçilər deyirlər ki, biz başa düşmürük nə etməliyik ki, müxalifətdə olan bəzi radikallar bizdən razı qalsınlar".Ümumiyyətlə, radikal müxalifət bütün səviyyələrdə keçirdikləri görüşlərdə yalnız korporativ maraqlarını qabardıblar. Onlar heç bir halda Azərbaycan xalqının problemlərini açıq müzakirəyə çıxarmayıblar. Elə millət vəkili Aydın Mirzəzadənin də mətbuata söylədiyi fikirlər xüsusi maraq kəsb edir. "Bu gün hər şeydə şəffaflıq tələb edən müxalifət dairələri nədənsə öz görüşlərinin mahiyyətini gizlədirlər. İndiyə qədər müxalifət dairələrinin xarici ölkələrdəki görüşlərində, burdakı səfirlik nümayəndələri ilə təmaslarında Dağlıq Qarabağ məsələsinin qaldırıldığını, Azərbaycana qarşı xaricdəki qeyri-obyektiv münasibətə qarşı tənqidini görmürük", - deyə Aydın Mirzəzadə vurğulayıb.Görünən odur ki, radikal müxalifət daxilində ciddi fikir ayrılığı var və bu da sözügedən düşərgənin milli maraqlara xələl gətirən fəaliyyətini labüdləşdirir. Düşərgə daxilindəki ciddi qarşıdurmaların olmasını onların nəzarətində olan mətbuat orqanları arasındakı böhranlı vəziyyət də isbatlayır. "Azadlıq" qəzetinin uydurduğu "ayı qalmaqalı" ilə bağlı ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəməsi və təkzib verməsindən sonra "Yeni Müsavat" həmkarlarını "xəyanət"də və "geri çəkilməkdə" ittiham edib. İstərsə KİV haqqında qanunvericiliyə, istərsə də jurnalist etikasına uyğun olaraq məhkəmənin qətnaməsinə əməl etmək və yalan xəbərə görə təkzib vermək nə vaxtdan qəbahət hesab olunur? "Demokratiya carçıs"ı kimi çıxış edən "Yeni Müsavat"ın bu cür reaksiyası bir daha göstərir ki, Azərbaycan mətbuatında jurnalist peşəkarlığı və təkzib mədəniyyəti hələ də tam formalamayıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər