PDF Oxu

Sosial

  • 16

Rusiyada yaşayan həmyerlilərimiz imtahan verirlər

Rusiyada yaşayan həmyerlilərimiz imtahan verirlər

Son zamanlar Rusiyanın Azərbaycana qarşı ikili oyunları fonunda Moskvada yaşayan azərbaycanlılar vasitəsi ilə müxtəlif xarakterli qruplar da formalaşdırılır. "Milyarderlər İttifaqı"nın yaradılması, "Sadval"ın dirçəldilməsi, daha sonra çoxlu sayda həmyerlilərimizin işlədiyi bazarların bağlanması və digər bu kimi məsələləri yekunlaşmayan Rusiyanın bədbin siyasəti iqtisadi cəhətdən də ölkəmiz üçün çətinliklər yaratmaqdadır. Hal- hazırda isə Azərbaycan-Rusiya sərhədində Samur sərhəd-keçid məntəqəsində yüzlərlə yük və minik avtomobilləri, avtobuslar öz sıralrını gözləməkdədir. Təbii ki, bu problemin Rusiya tərəfindən yaradıldığı açıq-aydın şəkildə özünü göstərməkdədir.

Bu, nəyin göstəricisidir? Şimal qonşumızın ölkəmizə bu qədər bəslədiyi aqresiyya nədən irəli gəlir? Bütün bunlar onu göstərir ki, Vladimir Putinin hələ baş nazir olarkən qarşısına qoyduğu məqsədlərindən birini də hal-hazırda həyata keçirməkdədir. Rusiya Federasiya Şurasının "Əmək miqrantları haqqında qanununda" nəzərdə tutulan müddüalara əsasən bu ölkəyə işləmək üçün gələn miqrantlar rus dilindən imtahan verəcəklər, daha sonra imtahandan keçən miqrantlara sertifikatlar veriləcək. Həmin sertifikatlara əsasən onlar müəyyən ictimai-iaşə obyektlərində və mənzil-kommunal xidmətlərində işləyə biləcəklər. Bu dövlətin miqrantlara, xüsusilə də, həmyerlilərimizə qarşı həyata keçirdiyi sərt siyasətin bir hissəsidir. Sözün həqiqi mənasında rus dili həmyerlilərimizin ən böyük problemlərinə çevrilməkdədir. Onlar istədikləri yerlərdə işləməkdə çətinliklər çəkirdi. Rusiya Federasiya Şurası oktyabrın 31-də əmək miqrantları haqqında qanun layihəsini təsdiq edib. Bu gündən etibarən soydaşlarımız imtahan verməyə başlayıblar. Rus dili imtahanından keçməyənlərin aqibətini isə zaman göstərəcək. Minlərlə azərbaycanlının çalışdığı bazarlara gəlincə isə onların yaxın vaxtlarda bağlanacağı, yerlərində isə iri ticarət mərkəzlərinin tikiləcəyi nəzərdə tutulur. 2013-cü ilin iyun ayına qədər Moskvada yerləşən bazarların bağlanacağı gözlənilir. Bu fikri Moskva meri şəxsən özü təsdiqləyib. Xatırladaq ki, bir müddət əvvəl bağlanan "Çerkizovo" və "Lujniki"də işləyən azərbaycanlıların çox hissəsi işsiz qaldı, böyük bir qismi isə başqa bazarlara üz tutdular. Qeyd edək ki, 2 milyondan çox Azərbaycanlının yaşadığı və işlədiyi Rusiyadan hər il orta hesabla 650 milyon dollardan çox vəsait gəlirdi. Bu da bir çox ailələrin yaşayışına müsbət təsirini göstərirdi. Rusiyanın son qərarı isə azərbaycanlılar üçün problemlər yarada bilər. Hər halda bu ilkin ehtimallardır. Konkret mövqeyi isə bir qədər sonra bidirmək mümkün olacaq.

İntizarə Məmmədova

Digər xəbərlər