PDF Oxu

Sosial

  • 21

Dünya ölkələri yeni ili necə qarşılayır?

Dünya ölkələri yeni ili necə qarşılayır?

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri- mümkündür. Bu yolkaların təbii küknar ağacından olması daha yaxşı olardı. Lakin təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Bir çoxumuz yolka bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Ancaq tarixə nəzər salsaq, görərik ki, həyat rəmzi olan yolkanın bəzənməsi xristianlıqdan əvvəl başlayıb. Bu ənənə hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər.

Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Bir sözlə, insanlar təqvim dəyişməsini, təzə ili qarşılayırdılar. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Beləcə yolka bütün dünyada məşhurlaşıb. Ancaq Yeni il bayramı bütün xalqlarda müxtəlif formada və müxtəlif adətlərlə qeyd edilir. Gəlin bu adətlərlə tanış olaq. Avstraliyada yeni ilin ilk günü xərçəng yeyirlər. Belə hesab edirlər ki, xərçəngin geriyə hərəkəti yaxşı əlamət deyildir. Onlar həm də Yeni il bayramında donuz əti yeməyi xoşlayirlar. Bolqarıstanda isə Yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Yeni il axşamı kim daha çox uşaq sevindirərsə, təzə ildə bir o qədər həmin insanlar üçün şən keçər. Hindistanda isə Yeni ili axşam yox, səhər qarşılayırlar. Həmin gün əsəbi, qəzəbli olmaq yaramaz. Hindlilərin inancına görə, belə adamlar ilboyu narahat həyat keçirirlər. Belə bir təsəvvür həmçinin Azərbaycanda insanlar arasında yayılmaqdadır. Onlar inanırlar ki, Yeni ilin ilk günü necə keçərsə, o adam bütün ilboyu elə o cür həyat sürəcək. Hindlilər Yeni il bayramında qapı və pəncərələrini rəngbərəng isıqlı lampalarla bəzəyirlər. Mənası da budur ki, qapımız gələn qonaqların üzünə açıqdır. Bu bayramda tanış olmayanlar da bir-birinin evinə qonaq gedir və yeni ildə özlərinə yeni dost qazanırlar. Əgər bu bayramı İtaliyada keçirmək istəyənlər varsa ehtiyatlı olmalıdırlar. Çünki italyanlar yeni il axşamı lazımsız, köhnə əşyaları, hətta mebelləri belə, pəncərədən küçəyə tullayırlar. İtalyanların bu adətlərindən Yeni il axşamı şəhərin küçələrində var-gəl edən əcnəbilər daha çox ziyan çəkirlər. Hətta onların əksəriyyəti italyanların bu adətindən xəbərsiz olduqları üçün xəstəxanaya düşməli olurlar. Yeni il İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Kubada Yeni il axşamı böyük çəlləklərə su doldurub pəncərələrə qoyurlar. Saat 12-ni vuran kimi köhnə ilə yaxşı yol diləmək məqsədilə suyu küçəyə atırlar. Bu zaman küçədə olan bu qaydanı bilməyən insanlar islanmaqdan çəkinməlidirlər. Yunanıstanda isə yeni ili dekabr ayı yox, yanvarın 3-ü qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquqlar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxırlar. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Ən qəribə bayram hədiyyələrini isə Qrenlandiya eskimosları bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir. İslandiyada isə bütün dekabr ayı boyunca kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks-halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər. Onlar isə bunu istəmədikləri üçün hər işi etməyə hazır olurlar.

Ruqiyyə Cəfərova

Digər xəbərlər