PDF Oxu

Sosial

  • 27

İstehlak mədəniyyəti məktəbdə tədris edilməlidir

İstehlak mədəniyyəti məktəbdə tədris edilməlidir

Azərbaycanda orta təbəqənin düzgün formalaşmasında dövlət müxtəlif istiqamətlərdə mühüm işlər həyata keçirir. Sahibkarlığın inkişaf etdirilməsi üçün güzəştli kreditləşmə aparılır ki, bu da yeni iş yerlərinin yaranmasına, insanların gəlirlərinin artmasına köməklik göstərir. Əmək haqlarının artırılması, insanların yaşayış səviyyəsinin yüksəldilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Gələn ildən etibarən isə yaşayış minumumu 116 manat nəzərdə tutulub, minumum əmək haqqı isə bu göstəriciyə uyğun dəyişəcək. İnsanlar əmək haqlarından düzgün və səmərəli istifadə etməklə istehlak mədəniyyətini formalaşdıra bilərlər. Yaxşı olardı ki, uşaqlara hələ məktəbdən istehlak mədəniyyəti dərsləri tədris edilsin. Onlara bazarlıq etmək mədəniyyəti, istehlakçı hüquqlarını, aldıqları, geyindikləri mallara qənaətçil davranmağın yolları düzgün şəkildə öyrədilsin. İstehlakçı hüquqlarının qorunması ilə əlaqədar İqtisadi İnkşaf Nazirliyində birbaşa xüsusi struktur fəaliyyət göstərir.

Bununla yanaşı bir sıra qeyri-hökümət təşkilatları, sanitar-epidemioloji xidmətlər fəaliyyət göstərir. Son zamanlar dünyanın hər yerində olduğu kimi, yerli bazarın da müəyyən hissəsini tutmuş ucuz və keyfiyyətsiz, ən əsası isə sağlamlığımıza ziyan vuran malların, geyimlərin qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirilir. Gündəlik həyatımızda tez-tez rastlaşdığımız məsələlərdən olan "filankəsin əynində bahalı markadan olan geyim var, gərək mənim də olsun, filankəs bahalı yeməklər yeyir mən də hökmən yeməliyəm" kimi fikirlər formalaşıb. Əsasən, xanımlar bu kimi israfçılıq hallarına yol verirlər. Bəzi imkanlı ailələrdə böyüyən uşaqlar nəyi istəyirlərsə valideyinləri onların istədiklərinə əməl edirlər. Bu da həmin uşaqların gələcək həyatlarında istehlak mədəniyyətindən geridə qalmalarına şərait yaratmış olur. Əslində, dünya bu gün qənaət üzərində qurulub. Qənaətçiliyin, pul qazanmağın yollarını doğru və düzgün şəkildə öyrənməyi bacarmalıyıq.

İntizarə Məmmədova

Digər xəbərlər