PDF Oxu

Sosial

  • 24

Aydın Mirzəzadə: "Müxalifətdə "çoxnamizədlilik sindromu" yaşanır"

Aydın Mirzəzadə: "Müxalifətdə "çoxnamizədlilik sindromu" yaşanır"

"Baxmayaraq ki, özünü aparıcı sayan müxalifət bu düşərgədən yalnız cəmi bir neçə adamın prezidentliyə namizəd olmasına çalışır, ancaq qarşıdan gələn seçkilərdə bu düşərgədən namizədliyini irəli sürənlərin sayı indikindən çox olacaq". Bu fikirləri "Səs" qəzetinə açıqlayan YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə politoloq Eldar Namazovun müxalifətin vahid namizədi olub-olmayacağına və iddialı müxalif liderlərin buna razılıq verib-verməyəcəyinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bildirib ki, əslində, bu gün radikal müxalifət cəbhəsində "çoxnamizədlilik sindromu" yaşanmaqdadır: "Görünən odur ki, bu düşərgənin özündə artıq ənənəvi namizədlərdən - İsa Qəmbərdən, Əli Kərimlidən, Lalə Şövkətdən, Etibar Məmmədovdan, Rəsul Quliyevdən kənar namizəd və ya namizədlər axtarışına başlanılıb. Yəni, gələnilki prezident seçkilərində bir çox adamlar, hətta indiyə qədər iddialarını ortaya qoymayan şəxslər belə öz namizədliklərini irəli sürə bilərlər. Hər halda, zamanında - seçkilərə rəsmi start verilən ərəfədə bu düşərgədən namizədliyini irəli sürən xeyli sayda şəxslərin adlarını eşidəcəyik və görəcəyik. Bu düşərgədə vahid namizəd məsələsi, heç zaman baş tutmadığı kimi, bu gedişlə bu ideya növbəti seçkilərdə də alınmayacaq".

RƏFİQƏ

Digər xəbərlər