Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması ilə bağlı "Səs" qəzetinə açıqlama verən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bu proqramın icrası əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Son illərin təcrübəsi deməyə əsas verir ki, proqramlar vasitəsilə həyata keçirilən siyasət inkişaf prosesində əhəmiyyətli faktordur".
M.Quliyev bildirib ki, ölkədə sosial siyasətin uğurla həyata keçirilməsində sosial qanunvericilik vacib hüquqi bazadır. Onun sözlərinə görə, Milli Məclis mütəmadi olaraq sosial sahədəki qanunları təkmilləşdirir. Eyni zamanda, bir sıra məsələlərlə bağlı yeni qanun layihələri hazırlanır.
M.Quliyev qeyd edib ki, parlamentin Sosial Siyasət Komitəsi sosial yönümlü qanunların monitorinqini həyata keçirir: "Məqsəd odur ki, qanunların icrası ilə bağlı vəziyyət öyrənilsin. Eləcə də, qanunların tətbiqi zamanı hansı məsələlərin ortaya çıxması aydınlaşsın, əgər qanunlarda boşluqlar varsa, onların üzərində təkmilləşdirmə işləri həyata keçirilsin. Qeyd edim ki, bu təcrübə müsbət nəticələrini verir".
Rəfiqə