PDF Oxu

Sosial

  • 45

İkinci Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələr icra edildi

Musa Quliyev: "Turizmin, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və digər məsələlərin həlli baxımdan Dövlət Proqramının əhəmiyyəti cox böyük oldu"

İkinci Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələr icra edildi

"Regionların sosial-iqtisadi inkişafına dair" birinci Dövlət Proqramının uğurla icra edilməsi Azərbaycanın bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini sürətləndirərək, uğurlu mərhələyə keçməsi üçün şərait yaratdı. Bu uğurların davamlığını təmin etmək ücün ölkə Prezidenti İlham Əliyev İkinci Dövlət Proqramını "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etmişdir.

Qəzetimizə açıqlama verən millət vəkili Musa Quliyev bildirdi ki, 2012-ci il, eyni zamanda, 2013-cü ilin sonuna qədər qarşıya real məqsədlər qoyulmuşdur: "Məqsəd regionların tam sosial-iqtisadi inkişafına nail olunmasını təmin etməkdir. Hər bir regionun öz xüsusiyətlərinə, resurs imkanlarına, potensial gücünə, əhalinin sıxlıq və məşğulluq imkanlarına görə, xüsusi proqramlar hazırlanıb və tətbiq olunub. Belə ki, 2001-2008-ci illər üçün qəbul olunmuş mərhələdə əsas infrastruktur layihələri üstünlük təşkil edirdi. Birinci mərhələdə rayonların enerji təminatının fasiləsiz olması, su, qaz təminatının yaxşılaşdırılması, yolların çəkilməsi, körpülərin salınması, sosial obyektlərin formalaşmasına üstünlük verilirdisə, ikinci mərhələ birinci mərhələnin davamı olaraq, daha konkret sosial və iqtisadi rifaha uyğun istiqamətlənmiş proqramları özündə əks etdirdi. Turizmin, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və digər məsələlərin həlli baxımdan Dövlət Proqramının əhəmiyyəti cox böyük oldu. Xüsusən, kənd yerlərində emal sənayesinin qurulması aqrar sektorun inkişafı, bu sektordan əldə olunan məhsulun saxlanması üçün böyük soyuducu anbarların tikilməsi, onların satışının ölkə daxilindən və ölkədən kənarda təmin olunmasına gətirib çıxardı".

Millət vəkili onu da bildirdi ki, regionların simasının dəyişməsi, təkcə Azərbaycan daxilində, turizm potensialı ilə deyil, başqa ölkələrdən turist axınının güclənməsi baxımından ikinci layihənin əsas xüsusiyyətlərindəndir. Heç təsadüfü deyil ki, bu layihələrin həyat keçirməkdən ötrü ixtisaslı mütəxəsislərə ehtiyacımız var idi. Bu səbəblə bağlı olaraq yerli kadrların hazırlanması prosesi getdi. Regionlarımızda yüksək ixtisaslı və müasir tələblərə uyğun texnologiyanı idarə edə biləcək səviyyədə peşəkar insanlar yetişdi. İstər aqrar sahədə, istər turizm sektorunda belə kadrlar hazırlanır. Heç şübhəsiz ki, 2003 - cü ildən bu günə qədər Azərbaycanda 1 milyondan çox iş yerləri açıldı. Onlardan da 900 minə yaxını daim iş yerləridir. Daimi iş yerlərinin də əksəriyyəti məhz regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi ilə bağlıdır. Regionlarda insanların yaşaması, inkişaf etməsi üçün burada daimi iş yerlərinin olması vacib məsələdir. Bu məqsədin həyata keçirilməsi üçün bu layihələrin köməkliyi oldu. Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması, eyni zamanda, əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxardı. Qısa müdət ərzində Bakıda, istərsə də regionlarda yoxulluq dərəcəsi sürətlə aşağı düşdü. Əgər 2001- ci ildə Azərbaycanda əhalinin 49% yoxsul idisə, indi bu 7% qədər azalmışıdır. Qeyd edim ki, 11-12 il ərzində yoxulluğun bu qədər azalması heç bir dövlətin praktikasında müşahidə edilməmişdir. Bütövlükdə, götürəndə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurlu bir layihə idi və Azərbaycanın 21- ci əsrdə inkişafının təməl prinsiplərindən biri oldu. Prezident İlham Əliyevin söylədiyi kimi, bu proqramın artıq 3-cü mərhələsi başlayır. Yeni proqramda isə regionların sosial-iqtisadi inkişafından yox, əhalinin sosial rifah halının yüksəldilməsi əsas vəzifədir. M.Quliyev o fikri də qeyd etdi ki, Azərbaycan regionları beynəlxalq səviyyəyə çıxa biləcək, potensiala malikdir. Bunun üçün isə bir çox işlər görülür və lazım olan biliklər qazanılır. Azərbaycan artıq 2020-ci ilə qədər inkişaf etmiş ölkə kimi dünyada özünə layiqli yerlərdən birini tutacaq.

Ruqiyyə Cəfərova

Digər xəbərlər