PDF Oxu

Sosial

  • 18

Serj Sarkisyan cəzasız qala bilməz

Çingiz Qənizadə: "Əgər 2012-ci ildə olduğu kimi, 2013-ci ildə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində laqeyd yanaşmanı davam etdirəcəklərsə, münaqişə ətrafında hər hansı bir irəliləyiş olmayacaq"

Serj Sarkisyan cəzasız qala bilməz

Ermənistanın qeyri-konstruktiv mövqeyiyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru addım atılmayıb. Təbii ki, Azərbaycan torpaqlarının işğal faktı ilə razılaşmayacaq və ərazi bütövlüyünün bərpa olunması ücün bütün mümkün vasitələrdən istifadə edəcək. 2012-ci il Dağlıq Qarabağ probleminin həllində bir o qədər də uğurlu il hesab etmək olmaz. Bu baxımdan, qarşıdan gələn 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbətə doğru addımların atılmasına ümid edirik. Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadə bizimlə söhbətində bildirdi ki, 2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində bir o qədər də uğurlu il olmadı: "Əgər 2012-ci ildə olduğu kimi, 2013-ci ildə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə laqeyd yanaşmanı davam etdirəcəklərsə, münaqişə ətrafında hər hansı bir irəliləyiş olmayacaq. Çünki ATƏT-in Minsk Qrupu və digər dövlətlər Dağlıq Qarabağ məsələsinin həllində maraqlı deyillər. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransı zamanı Azərbaycan jurnalistlərinə söz verməməsi və Putininin jurnalistə "siz yenə də Dağlıq Qarabağ məsələsi ilə bağlı sual verəcəksiz" deməsi, bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında Rusiya maraqlı deyil. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri məhz Rusiya tərəfidir".

Millət vəkilinin sözlərinə görə, Rusiya və digər dövlətlər işğalçı ölkə olan Ermənistanın mövqeyini dəstəkləməkdədirlər: "Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi bütün səylər bu dövlətlər tərəfindən alınır. Yəni, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətlərin mövcud olduğuna görə, Dağlıq Qarabağ münaqişəsinin həlli bir qədər də uzanır. Bu gün bütün dünya ölkələri çox gözəl bilir ki, Ermənistan Azərbaycan dövlətinin torpaqlarını işğal edib. Ermənistan eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir razılığa gəlmir. Düzdür, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi rolundan çıxış etsələr də, real nəticə əldə edə bilmirlər. Ümumiyyətlə, bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, bu münaqişənin reall həllində maraqlı deyillər".

GÜLYANƏ

Digər xəbərlər