PDF Oxu

Sosial

  • 23

Ümidlər böyükdür Rüstəm Məmmədov: "2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı müsbətə doğru addımların atılması gözlənilir"

Ümidlər böyükdür Rüstəm Məmmədov: "2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı müsbətə doğru addımların atılması gözlənilir"

İşğalçı ölkə olan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru addım atılmayıb. Təbii ki, Azərbaycan torpaqlarının işğal faktı ilə razılaşmayacaq və ərazi bütövlüyünün bərpa olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcək. 2012-ci il Dağlıq Qarabağ probleminin həllində bir o qədər də uğurlu il hesab etmək olmaz. Bu baxımdan, qarşıdan gələn 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbətə doğru addımların atılmasına ümid edirik. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədov bildirdi ki, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyiş olmadı: "Azərbaycan Dağlıq Qarabağ probleminin tezliklə həll olunması istiqamətində bir çox addımlar atmaq istəsə də, sonda nəticəsiz qalıb. Çünki işğalçı ölkə olan Ermənistan bu münaqişənin həll olunmasını istəmir. Bu baxımdan, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də, Dağlıq Qarabağ münaqişəsinin həll olunması reallaşmadı. Əksinə, Dağlıq Qarabağ münaqişənin həlli bir qədər də uzandı. Qarşıdan gələn 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı bir müsbətə doğru bir çox addımların atılması gözləniləndir. Çünki Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan dövlətinə aiddir".

R.Məmmədov onu da əlavə edərək bildirdi ki, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq və qaçqın və məcburi köçkünlərimiz öz yurd- yuvalarına qayıdacaqlar: "Dağlıq Qarabağ münaqişəsini yaradan və onun həllini bilərəkdən uzadan tərəf məhz işğalçı ölkə olan Ermənistandır. Demək olar ki, Ermənistan da Dağlıq Qarabağ problemini Rusiyasız həll edən deyil. Rusiyada bu münaqişənin həll olunması müqabilində Azərbaycan dövlətindən müəyyən dividendlər almağa çalışacaq. Amma kimi nə düşünüb istəməyindən asılı olamayaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

GÜLYANƏ

Digər xəbərlər