PDF Oxu

Sosial

  • 17

Ali məktəb tələbələri arasında müsabiqənin qalibləri mükafatlandırılmışlar

Ali məktəb tələbələri arasında müsabiqənin qalibləri mükafatlandırılmışlar

Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışı, "Nə? Harada? Nə zaman?" intellektual oyunu və "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək, hər üç tədbir barədə ətraflı məlumat vermişdir.

AzərTAc

Digər xəbərlər