PDF Oxu

Sosial

  • 18

Ödəmələr növbəti ildə davam etdiriləcək

Yadigar Cəfərov: "Fərdi birdəfəlik ödəmələrin verilməsi uğurla davam etdirilir"

Ödəmələr növbəti ildə davam etdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin SSRİ banklarında qalan əmanətlərin qaytarılması haqqında Sərəncamına uyğun olaraq artıq, ölkə vətəndaşlarının böyük əksəriyyəti öz əmanətlərini Kapital Bankın törəmə filiallarından əmanətlərini geri ala bilmişlər. 31.03.201Fərman imzalanmamışdan öncə bəzi ekspertlər bildirirdilər ki, həmin əmanətlərin birdən qaytarılması iqtisadiyyata neqativ təsir göstərəcək. Lakin Milli Məclisdə "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanun layihəsi hazırlandıqdan sonra bu fikrlərə son qoyuldu. Belə ki, həm SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətimizin məsuliyyəti nəzərdə tutulmamışdır. Buna baxmayaraq dövlətimiz banklara pullarını qoyan insanların əmanətlərini qaytardı. Bu ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar, inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardım idi. Qəzetimizə açıqlama verən Kapital Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərov bildirdi ki, fərdi birdəfəlik ödəmələrin verilməsi uğurla davam etdirilir. 1 milyon 430 min əmanət hesabı üzrə ödəniş aparılıb: "Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına uyğun olaraq, 31 dekabr 2012-ci il tarixində əmanətçilərdən müraciətlərin qəbulu başa çatır. Xatırladaq ki fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank olan Kapital Bank ASC-nin xidmət məntəqələrində müraciətlərin qəbulu 1 iyun 2012-ci il tarixindən həyata keçirilir. Bankdan verilən son məlumata görə, 1 iyun 2012-ci il tarixindən indiyə qədər Azərbaycan vətəndaşlarına 1 milyon 430 min əmanət hesabı üzrə 548 milyon manat həcmində vəsait ödənib. 36 min əmanət hesabı üzrə də ödənişlərin aparılmasına icazə verilib, həmin hesabların aid olduğu vətəndaşlar hələlik öz vəsaitlərini bankdan götürməyiblər. Əmanətçilərdən müraciətlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi Kapital Bank tərəfindən yaradılmış 144 məntəqədə həyata keçirilirdi. Bu məntəqələrdən 66-ı Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında fəaliyyət göstərirdi. Bakıdakı məntəqələrdən biri əmanətlərini vaxtilə Naxçıvan Muxtar Respublikasında yerləşdirmiş vətəndaşların, eləcə də, məcburi köçkün əmanətçilərin müraciətini asanlaşdırmaq məqsədilə təşkil edilmişdi".

Y.Cəfərova itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə müraciətlərə baxılmasıda komisya tərfindən həyata keçirildiyini bildirdi: "Müraciətlərə baxılması məqsədil Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin isə hər birində 1 əlavə ərazi məntəqəsi yaradılmışdı. Digər rayon və şəhərlərdə bu qəbildən olan müraciətlər Kapital Bankın yerli filiallarında qəbul olunurdu. Maliyyə Nazirliyinin və bankın saytında yerləşdirilmiş kalkulyator vasitəsilə 1 yanvar 1992-ci il tarixinə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini də hesablamaq mümkün idi. Bundan başqa, bankın saytında "Öz məntəqəni tap" bölməsi də yaradılmışdı ki, əmanətçilər kassa nömrəsini daxil etməklə, müraciət etməli olduqları məntəqəni interaktiv xəritə üzərində asanlıqla tapırdılar. Qeyd edək ki, sənəd qəbulu bu ilin 31 dekabrında başa çatsa da fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin özü 31 dekabr 2013-cü il tarixinə qədər davam etdiriləcək. 1 iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinə qədər fərdi birdəfəlik ödəmə almaq üçün Kapital Banka daxil olmuş bütün müraciətlərə baxılacaq. Fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan bütün vətəndaşların bu hüququ təmin ediləcək.

Ruqiyyə Cəfərova

Digər xəbərlər