PDF Oxu

Sosial

  • 23

"Ziyalılar Forumu" da "İctimai Palata"nı kəskin nişangaha aldı

2013-cu il seçkiləri ərəfəsində müxalifətdaxili barışmaz mövqelərin sayı artmaqdadır

"Ziyalılar Forumu" da "İctimai Palata"nı kəskin nişangaha aldı

\r\n

\r\n

\r\n Hələ bir müddət öncə, daha dəqiq desək, 2010-cu ildən sonra müxalifət düşərgəsində müxtəlif qurum və birliklər tərəfindən sərgilənən \"qarşılıqlı səmimiyyət\", \"anlaşma\" davranışlarına hazırda qətiyyətlə son qoyulmaqdadır. Əslində, qurum və birliklərin axırıncı məqamda barışmaz tərəflərə çevriləcəyi öncələrdən də hiss olunurdu. Çünki bu kimi danılmaz faktor özlərini \"demokratik düşərgə\" kimi qələmə verən siyasi təşkilatlarda davamlı olaraq mövcudluğunu qoruyub-saxlayıb. Əlbəttə ki, bu cür halların arxasında daha çox \"aparıcı müxalifət partiyaları\" kimi tanınan AXCP və Müsavat partiyaları arasında baş verən ciddi qarşıdurmalar, siyasi ambisiyalar, həmin ambisiyalardan yaranan iddialar dayanır ki, sonradan həmin qarşıdurmalardan doğan qığılcım digər siyasi qurumlara da sıçrayır. Nəticədə, hər iki adıçəkilən siyasi təşkilata qarşı bütünlüklə inamlarını itirən digər tərəflər, məhz həmin partiya \"liderlərinə\" qarşı kəsin olaraq, çıxmağa başlayırlar.

\r\n

\r\n

\r\n

\r\n 2010-cu ildə irəli sürülən siyasi iddialar 2012-ci ildə də tamamlanmamış qaldı

\r\n

\r\n

\r\n

\r\n Deyilənləri təhlil edərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, sonuncu parlament seçkilərindən sonra müxtəlif müxalifmeyilli siyasi birliklərin \"İctimai Palata\" adlı qurum daxilindəki AXCP və Müsavat çətiri altında cəmləşmələri sonradan həmin siyasi birliklərin ciddi peşmançılıqları ilə başa çatıb. Çünki hər iki siyasi partiya onların ümidlərini nəinki doğruldub, eləcə də, müxalifətdaxili parçalanmalara səbəbkar olub. Bu baxımdan, başlarını həmin partiyaların savaşlarına qatıb zaman itirən tərəflər son məqamda \"axı niyə də biz olmayaq?\" tezisini əsas götürərək, yeni siyasi iddiaları ilə çıxışlar etməyə başlayıblar.

\r\n

\r\n Buna misal kimi, bir neçə ay qabaq \"İctimai Palata\"nın monopolist \"liderləri\" ilə uğurlu anlaşmaya getdiklərini bəyan edən \"Ziyalılar Forumu\"nun son davranışlarını göstərmək mümkündür. Belə ki, cəmiyyətdə reneqatlar toplumu kimi də adlandırılan \"forum\" təmsilçiləri \"palata\" ilə danışıqlara gedərkən, 2013-cü il seçkilərində \"İP\"-dən seçilmiş \"vahid namizədi\" dəstəkləyəcəklərini bildirirdilər. Hətta \"palata\"nın mitinqlərinə də qatılan \"forum\" üzvləri, xüsusilə, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev və Eldar Namazov bəyan edirdilər ki, bu məsələdə AXCP və Müsavat partiyaları arasında əldə ediləcək razılaşmanı dəstəkləyəcəklər. Ancaq göründüyü kimi, heç bir partiya sədri ümumi razılıq əldə edə bilmədi və nəticədə, Müsavat partiyasının divanı başqan İsa Qəmbərin namizədliyini irəli sürdü. Təbii ki, belə olan vəziyyətdə, \"cəbhə\" tərəfi də öz namizədi kimi Əli Kərimlini dəstəkləyəcəyini bildirdi. Düşərgədə heç bir siyasi partiyanın üzvü olmayan tərəflər isə parçalanaraq iki yerə ayrıldılar və nəticədə, 2010-cu ildə irəli sürülən siyasi iddialar 2012-ci ildə də tamamlanmamış qaldı. Bu səbəbdən də siyasi iddialar artmağa başladı.

\r\n

\r\n

\r\n

\r\n \"Ziyalılar Forumu\"nun üzvü Eldəniz Quliyev: \"Müxalifətdə olanlar birləşməyə gərnəşmə kimi baxırlar\"

\r\n

\r\n

\r\n

\r\n Eldəniz Quliyev \"İP\"-də vahid mövqeyə gələ bilməyən AXCP sədri Ə.Kərimli və Müsavat başqanı İ.Qəmbərin \"Ziyalılar Forumu\"ndan dəstək axatarmalarına münasibət bildirərkən deyib ki, onun təmsil olunduğu qurum artıq müxalifətin hər hansı birlik əldə edəcəyinə inanmır. Belə ki, müxalifət daxilində qaydasız döyüş taktikası aparılmaqdadır və bu taktika ilə uğur qazanmaq qeyri-mümkündür: \"Bu qüvvələr hər dəfə seçki yaxınlaşdıqca əvvəlcə birləşir, sonra aralanırlar. Bu, onların şəxsi işləridir\".

\r\n

\r\n Ancaq maraqlı məqam budur ki, bir müddət öncə \"Ziyalılar Forumu\"nun 2013-cü ildə namizəd irəli sürməyəcəyini iddia edənlər, artıq həmin bəyanatlarının əksinə getməyə başlayıblar. Bu isə, onu deməyə əsas verir ki, \"vahid namizəd\" məsələsində razılığa gələ bilməyən tərəflərə cavab olaraq, \"forum\" üzvləri öz namizədlərini ortaya atamaq fikirnə düşüblər. Bu amil isə, əlbəttə ki, həm AXCP-nin həm də Müsavatın maraqlarını təmin etmir. E.Quliyev siyasi iddialarını bu cür izah etməyə çalışıb: \"O ölkədə demokratiya qalib gəlir ki, orada ziyalılar qabağa düşürlər\".

\r\n

\r\n Yəni siyasi partiya \"liderləri\" qalib gəlmək şanslarını itiriblər və onların şanslarını \"Ziyalılar Forumu\" üstələmək fikrindədir. Düzdür, burada E.Quliyev ciddi səhfə yol verərək, unudub ki, Azərbaycanda demokratik mühit kifayət qədər inkişaf edib və demokratik dəyərlərin nəticəsidir ki, hazırda ölkədə çoxpartiyalı sistem mövcuddur, eyni zamanda, yüzlərlə QHT və ictimai birliklər müxtəlif istiqamətdə fəaliyyət göstərirlər. Və əslində, müxalifət düşərgəsində qeyri-demokratik şərait mövcud olmaqla yanaşı, orada avtoritarizm meyilləri hər dəfə nəzərə çarpmaqdadır. Ancaq bütün bunlar bir yana, E.Quliyevin \"ziyalıların qabağa düşmək\" məsələsini önə çəkməsi onun da təmsil etdiyi qurumun siyasi iddialarının nə qədər artmasından xəbər verir. Məhz bu səbəbdən də, reneqatlar toplumunun üzvü burada AXCP və Müsavat partiya rəhbərliyini kəskin nişan hədəfinə götürür: \"Müxalifətin vəziyyəti göz qabağındadır. Azərbaycanın müxalifət qüvvələrinin demokratik gücə malik olduğunu görmürəm. Müxalifətdə özünü xüsusi qüvvə hesab edənlər (Ə.Kərimli və İ.Qəmbər - A.T.), əslində, mübarizənin effektini azaldırlar. Müxalifətdə olan bu qüvvələr birləşməyə gərnəşmə kimi baxırlar. Bu da son nəticədə beş il heyfsilənməyə səbəb olur\".

\r\n

\r\n Onu da qeyd edək ki, E.Quliyev müxalifətə olan bu münasibətin təmsil olunduğu \"Ziyalılar Forumu\"nun bəyanatında da öz əksini tapdığını bildirib. Ona görə də indidən proqnozlaşdırmaq mümkündür ki, müxalifət düşərgəsində israrla 2013-cü ilə hazırlaşdırlarını iddia edən müxtəlif tərəflər son anda bir-birləri ilə ciddi düşmənlərə çevrilməkdədirlər. Seçkilər yaxınlaşdıqca, bu amil özünü daha çox sərgiləməkdədir.

\r\n

\r\n

\r\n

\r\n AFƏT TAHİRQIZI

Digər xəbərlər