PDF Oxu

Sosial

  • 42

Fondun fəaliyyətə başlaması mətbuatın inkişafı üçün yeni mərhələ oldu

Fondun fəaliyyətə başlaması mətbuatın inkişafı üçün yeni mərhələ oldu

Bəxtiyar Sadıqov: "KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu müstəqil mətbuatın inkişafına, jurnalistlərin rifah halının yaxşılaşdırılmasına böyük yardımlar göstərir"

Vüqar Rəhimzadə: "KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihələr Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayır"

Hikmət Babaoğlu: "Azərbaycan mətbuatının inkişafında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi xidməti var"

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması il ölkədə yeni fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi, jurnalistlərin sosial müdafiəsinin səmərəli təşkili sahəsində bir sıra tədbirlər həyata keçirmişdir. Bu illər ərzində kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, dəstək olmuşdur. Fondun fəaliyyəti və gördüyü işlərlə bağlı ölkənin aparıcı mətbuat qurumlarının rəhbərləri də müsbət fikirlər söylədilər. Qəzetimizə açıqlama verən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirdi ki, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu müstəqil mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin rifah halının yaxşılaşdırılmasına böyük yardımlar göstərir: " Bu qurum fəaliyyətin istiqamətlərində olan sahələri uğurla davam etdirmiş və genişləndirmişdi. Burada yaradıcı jurnalistlərin əməyini qiymətləndirmək məqsədilə qrantlar verilir ki, bu da kifayət qədər yüksək pul məbləğləridir. Müsabiqələr artıq müxtəlif rayonlar üzrə keçirilir. Belə müsabiqələrin gələcəkdə kənd rayonlarında da keçiriləcəkdir. Qeyd edim ki, təkcə paytaxda deyil, regionlarda gedən bütün işlər mətbuatda öz geniş əksini tapır. Digər tərəfdən jurnalistlər belə müsabiqələrdə iştirak etməklə, peşəkarlıqlarını yüksəldir, aldıqları mükafatlar isə onları yaradıcılığa ruhalandırır və maddi rifah hallarının yaxşılaşıdırmasına bir növ təsir edir. Sonuncu tədbirdə isə müxtəlif müsabiqələrdə qalib gəlmiş, 101 jurnalist mükafatlandırılmışdı. Bu isə uğurlu bir addımdır ki, dövlət büdcədən ayırdığı vəsaitlə müstəqil mətbuatın, jurnalistikanın inkişafına dəstək verir".

B.Sadıqov jurnalistlərin peşəkarlıqlarının yüksəldilməsi baxımından da bu müsabiqələrin mühüm rol oynadığını söylədi: "Prezident İlham Əliyevin qayğısı nəticəsində jurnalistlər üçün mənzil tikilib başa çatmaq üzrədir. Həmin mənzillərin içərisində təmir işləri davam edir. Bu mənzillər təmir edildikdən sonra jurnalistlərə veriləcək. Bu isə onların məişət şəraitinin yaxşılaşdırılması, ailələrinin rahat yaşamasına kömək edəcək və təsir göstərəcəkdir. 2013-cü ildə bu mənzillər bölüşdürüləcəkdir".

"Iki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Kütləvi İnformasiya Vasitələrinin İnlkişafına Dövlət Dəstəyi Fondu hər il uğurlu layihələr həyata keçirir: " 2009-cu ildən fəaliyyətə başlayan bu fond 2012- ci ildə daha da formalaşaraq püxtələşmişdir. Bu fondun fərdi yardım üzrə keçirdiyi layihələr Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Fond peşəkarlığın artırılması, redaksiyaların maddi-texniki şəraitinin və jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu işlərə və layihələrə imza atmışdır".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da bildirdi ki, Azərbaycan mətbuatının inkişafında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi xidməti var: "İnsanın və mətbuatın kamilləşməsi üçün əsas üç şərt vardır. Bu şərtlərdən biri kamilləşməni təmin edəcək ictimai mühitin olmasıdır. Digər şərtlər isə hüquqi və maddi əsasların mövcudluğudur. Hesab edirəm ki, Azərbaycan mətbuatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mühüm rol oynadı. Bu fodun əsas, səciyyəvi xüsusiyyətləri ilk növbədə ədalətlilik, obyektivlik və birtəfəlilik prinsipidir".

Prezident İlham Əliyevin Azərbaycan mətbuatının böyük hamisi və himayəçisi olduğunu bildirən H.Babaoğlu onu da bildirdi ki, bura bütövlükdə milli, tənqidedici və birtərəf mətbuat daxildir: "Mətbuat nümayəndələrinin, özləri də etiraf edirlər ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatını himayə edir və qayğısına qalır. Bu fond mətbuatın cilalanması, onun fəaliyyətinin təmin olunması, milli maraqlar üçün səfərbər edilməsi istiqamətində layihələr təqdim edir. Bu layihələr həm Azərbaycan ictimaiyyətinə milli-mənəvi dəyərlərimizi, maraqlarımızı və milli düşüncələrimizi formalaşdırır".

H.Babaoğlu daha sonra qeyd edib ki, jurnalistlərə mənzillərin verilməsi prosesi çox təqdirəlayiq bir haldır. Bu prosesin heç bir ölkədə analoqu yoxdur. Dünyanın çox az hissəsində belə halla rastlaşmaq olar. Bu ölkələrdə sosial təminatı aşağı olan jurnalistlər üçün müxtəlif icra qurumları belə layihələr həyat keçirir : "Fondun bu layihələri ilə bərabər olaraq müxtəlif rayonların icra strukturlarının layihələri qəbul olunur. Bu yaxınlarda həmin rayonlarda kecirilən müsabiqələrdə 101 nominasiya üzrə qalib gələn jurnalistlər mükafatlandırıldılar. Kifayət qədər ciddi məbləğdə jurnalistlərin büdcəsinə pul əlavə olunub".

Ruqiyyə Cəfərova

Digər xəbərlər