ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı soyqırımının bu ölkədə tanıdılması məqsədilə 6-cı ənənəvi kampaniyaya başlayıb. Kampaniya bu dəfə Ağ Evin elektron sistemi vasitəsilə aparılır. Müraciətdə Birləşmiş Ştatlar administrasiyasından Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən proklamasiyanın qəbul edilməsi, həmçinin, həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir. Bildirilir ki, Ermənistan prezidentinin törətdiyi həmin cinayət elə onun özü tərəfindən tanınıb. Bəzi ölkələrdə, eləcə də, ABŞ-ın Massaçusets, Meyn, Texas və Nyu-Cersi də daxil olmaqla bir neçə ştatında Xocalıdakı kütləvi qırğınla bağlı qətnamə və proklamasiyalar dərc edilib.
Qeyd edək ki, petisiyanı imzalayanlar Prezident Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, soyqırımı qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırır. ABŞ administrasiyasının müraciətə baxması üçün 100 min imza lazımdır.
ABŞ-da "Müxtəlif abidələr oxşar dərslər verir" başlıqlı məqalə dərc olunub
Məqalədə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovun fikirləri də yer alıb
ABŞ-ın Oklahoma ştatının ən böyük tirajlı "The Oklahoman" qəzetinin rəsmi "newsok.com" internet səhifəsində "20 Yanvar" faciəsi barədə "Müxtəlif abidələr oxşar dərslər verir" başlıqlı məqalə dərc olunub. Ötən ilin yayında Oklahoma Ştatında 1995-ci il terror aktının qurbanlarının xatirəsini əbədiləşdirən Oklahoma şəhər Milli Memorialına səfərini xatırladan məqalə müəllifi, Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov bu abidəni, Bakıdakı Şəhidlər Xiyabanını faciə qurbanlarına verilən dəyər və ehtiramın təcəssümü olduğunu yazır. Həmin hadisələrin faciə ilə üzləşmiş hər iki xalqın xatirəsində oxşar izlər buraxdığını vurğulayan səfir Amerika oxuyucularını xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda nümayiş etdirdiyi fədakarlıq barədə də məlumatlandırır.
ZÜMRÜD