Xəstəliyin yaranması riskinin yüksək olduğu insanlarda immun sisteminin köməyilə yoğun bağırsaq xərçənginin ilkin əlamətlərinə müvəffəqiyyətlə reaksiya verən vaksin hazırlanmışdır. Milli xərçəng institutu və Milli Sağlamlıq İnstitutu tərəfindən qismən maliyyələşdirilən Pitsburq Universitetinin xərçəng institutunda keçirilən tədqiqatlarda vaksinin kliniki sınaqlarının ilkin nəticələri "Cancer Research" jurnalının yanvar nömrəsində dərc edilmişdir.
Vaksinin hazırlandığı Pitt Tibb məktəbinin immunologiya kafedrasının müdiri, professor Oliver Finn bildirmişdir ki, yoğun bağırsaq xərçənginin profilaktik vaksini potensial olaraq, bu təhlükəli xəstəliyin inkişafına qədərki zədələnmiş hissələrin aradan qaldırılmasına gətirib çıxara bilər ki, bu da xəstənin təbii immun sistemini gücləndirir.
Pitt Tibb məktəbinin hazırladığı vaksin 40 və 70 yaş arası 39 pasiyent üzərində testdən keçirilmişdir. Bu insanlarda hələ ki, xərçəng inkişaf etməsə də, adenomalar mövcuddur. O, 17 pasiyentdə (44 %) güclü qoruyucu reaksiya yaradıb. Tədqiqatçılar hesab edirlər ki, digər insanlarda nəticənin özünü göstərməməsi onların şəxsi immun sisteminin güclü olmasıyla bağlıdır.
NƏZAKƏT