PDF Oxu

Sosial

  • 71

Mobil telefonlar insan həyatı ücün təhlükə mənbəyidir

Bəzi insanlar mobil telefonların ziyanını bilsə də yenə də ona həyatlarının ayrılmaz hissəsi kimi baxırlar

Mobil telefonlar insan həyatı ücün təhlükə mənbəyidir

Yeni texnologiyaların mövcudluğu insanın yaşayışında və dolanışığında müsbət dəyişikliklər yaradır. Amma elə texnoloji vasitələr var ki, onlar insan həyatına zərər verir. Bu texnologiyalardan biri də mobil telefonlardır. Mobil telefonların bəzi insanların həyatına mənfi təsirlər göstərir. Bunun nəticəsidir ki, mobil telefonlar bir sıra insanları yaxınları ilə münasibət qurmaqdan cox uzaqlaşdıraraq, təsiri altına salıb. İnsanlar mobil telefondan ehtiyac üçün yox, internetden və digər sosial şəbəkələrdən istifadə etmək, çatlaşmaq, videolara baxmaq və digər məqsədlər üçün istifadə edirlər. Bu mənada mobil telefonların həyatımızda oynadığı rol böyükdür. Mobil telefon istifadəçilərinin sayı isə hər gün durmadan artmaqdadır. Bəzi insanlar mobil telefonların ziyanını bilsə də yenə də ona həyatlarının ayrılmaz hissəsi kimi baxırlar. Həmin insanlar internetin fəsadlarını bilsələr də, artıq vərdiş halına çevrilmiş bu hobbini tərgidə bilmirlər. Bu insanlar hər gün saatlarla "Facebook"da və "Twitter"də otururlar. Hələ digər saytları demirəm. Belə oldfuğu təqdirdə isə, vaxtını sosial şəbəkələrdə keçirən şagirdlərimiz və gənclərimiz, artıq dərslərilə, demək olar ki, məşğul olmurlar. Qəribəsi də budur ki, belə gənclər buna "zamanın tələbi" deyərək, özlərinə haqq qazandırırlar.

Bu barədə ekspertlərin gəldikləri qənaətə görə,

Psixolaqlar isə bildirirlər ki,

Bu gün gənclərinin haradasa, 20-30 il qabaqkı uşaqlar ilə müqayisədə 3 saat gec yatması, bunun da nəticəsində gənclərdə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Mobil telefonlardan istifadə qida sisteminin pozulması ortaya çıxır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirə və təhlükə yarada bilir. İnsan bununla artıq virtual məkanın sakininə çevrilir, reallığı itirir. Ailə ilə təmasda olmur. Artıq onun öz dünyası yaranır.

Həkimlər isə bildirirlər ki,

Mobil telefonların səsi orqanizmin qavrayıb cavab vermədiyi aşağı tezlikli səslər sırasına daxildir ki, bu da orqanizmə ziyandır, yəni eşitmə orqanının funksiyasını korlayır. Mobil telefondakı tezlik insanın normal eşitməsi üçün müəyyən olan tezliyə uyğun gəlmir. Gün ərzində mobil telefondan 35-45 dəqiqədən çox olmayaraq istifadə etmək lazımdır. Mobil telefonlar həmçinin görmə qabliyyətini zəiflədir. Belə ki, gözü kiçik ölçülü ekrana saatlarla zilləyib oyunlar oynamaq, ismarıclar yazmaq görməni zəiflədir və baş ağrıları yaradır. Şüanın təsirindən gözdə quruluq, qızartı əmələ gəlir, göz qapaqlarını açıb-bağlayarkən narahatlıq hissi yaranır. Ümumiyyətlə, mobil telefondan istifadə yetkinlik yaşına çatmayanlarda göz zəifliyinə meyil yaradır. Erkən yaşlardan mobil telefondan çox istifadə edilərsə, gənclər eynək taxma problemi ilə üzləşə bilər. Mobil rabitə nevroz xəstəliyi yarada bilər ki, bu da bəzən tibbdə heç nə ilə izah olunmayan baş ağrılarının müşahidə edilməsinə, yuxusuzluğa səbəb olur. Bütün bunlardan əlavə radiasiyanın insan orqanizminə ziyanı isə hamıya məlumdur. Hətta telefonu çarpayıya yaxın qoyub yatanda səhər baş ağrıları ilə oyanmaq mümkündür. Telefon söndürülmüş vəziyyətdə olsa belə onun insan orqanizminə ziyanı var. Belə ki, mobil telefonu ürəyə, beyinə, öd kisəsinə uzaq yerdə saxlamaq lazımdır. Mobil telefon ana bətnində körpənin qənimidir. Mobil telefondan fəal istifadə kişilərdə sonsuzluq yarada bilər. Xərçəng xəstəliyi mənbəyidir. Aparılan araşdırmalar mobil telefonların işi zamanı yaranan qısadalğalı, yüksək tezlikli, kiçik elektromaqnit şüalanmasının orqanizmin genetik strukturuna da təsir etdiyini təsdiqləyir. İstər internet istərsə də mobil telefonlar şüalanma nəticəsində sinir sistemi get-gedə zəifləyir, sıradan çıxır. İnsanda yaddaşsızlıq əmələ gəlir. Boğazda, yuxarı tənəffüz orqanlarında, udlaqda, qıtlaqda, yemək borusunda xroniki xəstəliklər, bədxassəli şişlər əmələ gəlir.

Ümumiyyətlə, mobil telefondan az istifadə etmək məsləhət görülür. Bir sözlə, telefonu əyləncə vasitəsi kimi istifadə etmək olmaz. Telefon yalnız danışmaq üçün vasitədir.

Ruqiyyə Cəfərova

Digər xəbərlər