"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurlu nəticələr verməkdədir
Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Dövlətimiz gənclərin yüksək təhsil alması, vətənpərvərlik ruhunda böyüməsi ücün önəmli proqramlar həyata keçirir. Xüsusilə də, gənclərimizin müxtəlif ixtisaslara yiyələnmək ücün dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsinə böyük önəm verilir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış və dövlət qulluğunda çalışmaq istəyən gənclərə xüsusi şərait yaradılır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas, özül qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmiş və bu istiqamətdə bir sıra işlər həyata keçirilmişdir. Bu məqsədlə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Bununla yanaşı, mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi gənclərə, xüsusilə də, gənc ailələrə qayğıdan irəli gəlir. Prezident İlham Əliyev Azərbaycan gəncliyi 2011-2015- ci illərdə Dövlət Proqramını təsdiq edib. Gənclərimizin hər il dövlət başçısı ilə görüşündə qaldırılan məsələlərin əksəriyyəti nəzərə alınır və Dövlət Proqramında bu məsələlər öz əksini tapır. Bütün bunlarla yanaşı, gənc idmançılarımızın dünya, Avropa və digər beynəlxalq miqyaslı yarışlarda əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bu baxımdan, idmançılarımızın olimpiya oyunlarında iştirakı bir neçə mərhələdəki qalibiyyətləri dünyaya nümayiş etdirilir. Gənclərimizin sayının artması ölkəmizdə idman siyasətinin uğurlarından, idmançılarımızın dünya arenasındakı qalibiyyətindən xəbər verir. İdman sahəsindəki medalların sayının artması idmana dövlətin diqqət və qayğısından irəli gəlir. Yəni, istər kəmiyyət, say, istərsə də keyfiyyət baxımından Azərbaycan Gəncləri bu gün öz sözünü deməyi bacarırlar.
Ruqiyyə Cəfərova