PDF Oxu

Sosial

  • 65

“Qan ver, yaşat!” devizi altında qanvermə aksiyası keçirilib

“Qan ver, yaşat!” devizi altında qanvermə aksiyası keçirilib

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə "Qan ver, yaşat!" devizi altında qanvermə aksiyası təşkil olunub. SDU-dan SİA-ya verilən məlumata görə, aksiya talasimiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə keçirilib.

Tədbirin açılış hissəsində QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək aksiyanın məqsədindən və əhəmiyyətindən bəhs edib və bildirib ki, donor hərəkatının fəallaşması vacibdir, çünki insan həyatı üçün misilsiz bioloji bu materialı süni şəkildə yaratmaq mümkün deyildir.

Qanvermədən öncə donorlar üçün çay-kofe təklif olunub, Elmi Tədqiqat Gemotologiya və Transfiziologiya İnsitutunun mütəxəssisləri tərəfindən müayinədən keçdikdən sonra onlardan qan alınıb.

Aksiyada "Azərikimya" İB-nın Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, media nümayəndələri və bölmənin könüllüləri donor kimi fəal iştirak ediblər. Təşkilatçıların verdiyi məlumata görə, 250 nəfərdən çox insanın iştirak etdiyi aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Gematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim ediləcək.

sia.az

Digər xəbərlər