ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun 2013-2014-cü tədris ili üçün "Qlobal Tələbə Mübadiləsi Proqramı (UGRAD)" üzrə müsabiqəsinin üçüncü mərhələsi keçirilir.
ABŞ Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Azərbaycan üzrə nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, proqram ali təhsil müəssisələrinin I, II, III kurs tələbələrinə Amerika universitetlərində və kolleclərində bir il dərəcəsiz təhsil almaq imkanı yaradır.
AzərTAc