PDF Oxu

Sosial

  • 10

İslamofobiya

İslamofobiya

İslamofobiya ifadəsi ilk dəfə 1991-ci ildə 11 sentyabr terror aktı ilə aktuallıq qazandı. Bu gün islamofobiya deyildikdə, həm islamı tanımamaqdan qaynaqlanan bir qorxu, həm də bu qorxuya istinad edilərək müsəlmanlara qarşı neqativ münasibət anlaşılır.

Ümumiyyətlə isə Qərb dünyasında islamofoboyanın kökləri daha qədim tarixə uzanır. Belə ki, tarix islamofobiyanın başa düşülməsi üçün əlverişli mənbədir. Məhz tarixdəki səlib yürüşlərinin də arxasında o vaxtkı islamofobiya düşüncələri və qavrayışları mövcud idi. Məhz müasir dövrdə də müəyyən mənada "terror ilə müharibə" konsepsiyasının arxasında islamofobiya durmaqdadır. Təsadüfi deyil ki, terrorla mübarizə İslamafobiyanı qloballaşdıran bir münasibət ikən, eyni zamanda, bütün müsəlmanları da şübhəli və günahkar vəziyyətə salan faktorlardandır.

İslamafobiya irrasional və təhlükəli şəkildə islamın nifrət və qorxu obyekti olaraq təqdim olunmasına istinad edir. Belə ki, islamofobiya hal-hazırda professional şəkildə qlobal arenada tətbiq olunur. Nəticədə, təhdid olaraq təbliğ olunan islam və müsəlmanların məhv edilmə düşüncəsi, müxtəlif propoqanda yolları ilə təhtəlşüura yerləşdirilməkdədir. Bu mənada islamofobiyanı yayanlar radikal islam qorxusunu davamlı canlı tutaraq ideoloji təbliğat aparırlar. nəticədə islamofobiya ilə Qərb, özünə düşman prototipi yaratmaqdadır.Soyuq müharibə dövründə yaradılan "Qızıl Təhlükə" qorxusu yerinə indi "Yaşıl Təhlükə" icad edilmişdir.

Müasir islamofobiya, irqçi bir ideologiya olaraq qarşımıza çıxır. Qərbdə müxtəlif zamanlarda islam və müsəlmanlar ilə istehza etmək və alçaltmaq üçün istehsal olunan kinolar, karikaturalar və nəşr olunan kitablar ciddi intellektulal müzakirələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bütün bunlar irqçi islamofobiyanın təzahür formalarıdır. Nəticədə, islam bu təbliğatlar ilə Qərbdə başqası kateqoriyası altında qiymələndirilərək, düşmən mövqeyinə yerləşdirilməkdədir.

Hegomoniya ünsürü

İslamofobiya ideologiyası və məfhumu müsəlmanlar və islam üzərində hegomoniya qurmaq məqsədini daşıyır. Məfhumun hegomonik mahiyyətində siyasi və sosial aspektlərdən müsəlman və islamı təhqir edərək Qərbin müstəmləkə siyasətini həyata keçirmə arzusu yer almaqdadır.

Müasir dövrdə "Mülayim İslam" (Moderate İslam) terminindən istifadə olunması da bu çərçivədə aktuallıq kəsb edir. Bu terminlə, əsgərlərin, diplomatların və şirkətlərin canlı bombalarla hücuma məruz qalmadığı, demokratiyanın az da olsa işlədiyi müsəlman ölkələr nəzərdə tutulur.

Ümumiyyətlə isə islamofobiyanın əhəmiyyətli əsaslarına Samuel Hantinqtonun məşhur "sivilizasiyaların toqquşması" məqaləsində rast gəlmək mümkündür. Məhz Huntiqton bu məqaləsində islamı da Qərblə olan münasibəti kontekstində "başqası" kateqoriyası altında qiymətləndirməkdədir: "Dünya siyasətinin gələcəkdəki əsas mövzusu, Qərb və başqaları arasındakı konflikt və qərbli olmayan sivilizasiyaların Qərb gücünə və dəyərlərinə qarşı gəlmələri olacaqdır" fikri də bu kontekstdə anlaşılmalıdır.

Huntiqtonun bu görüşü, həqiqətən də, aqressiv mahiyyət daşıyır. Belə ki, Qərb mədəniyyəti fonunda bu və ya digər mədəniyyətlərin toqquşması xaosla nəticələnməkdədir.

Yeri gəlmiş ikən qeyd etməliyəm ki, islamofobiyanın yaranmasında xüsusilə ABŞ-ın praqmatik siyasətinin də rolu böyükdür. Belə ki, vaxtaşırı olaraq ABŞ müxtəlif müsəlman ölkələrində baş verən hərbi-siyasi çevrilişlərdə həm radikal islamcıları dəstəkləyir, həm də onlara qarşı hərbi əməliyyatlar aparır. Məsələn, Əfqanıstan müharibəsi buna nümunə ola bilər. Məhz keçmiş Sovet İttifaqı Əfqanıstanı işğal edərkən ABŞ Əfqanıstanda müsəalman mücahidləri və "taliban" üzvlərini hər cürə dəstəkləyirdi. Hal-hazırda isə Bin Ladenin qiyamından sonra ABŞ xüsusilə Əfqanıstanda bu qruplara qarşı NATO çərçivəsində mübarizə aparır. Hal-hazırda İraqda və Suriyada baş verən hadisələr də buraya əlavə oluna bilər. Nəticədə, ifrat praqmatik tərzdə ABŞ-ın bu siyasəti, eyni zamanda, islamofobiyanın yayılmasına da təsir göstərir.

Nəticədə islamofobiya, islamın yayılmasına və susdurulmasına qarşı yaradılmış bir fəaliyyətdir. Belə ki, terrorun islamla heç bir əlaqəsi yoxdur. Bu, ancaq bəzi güclü və nüfuzlu dövlətlərin müstəmləkə siyasətini həyata keçirmələri üçün yaratdıqları təsiredici mifdir.

Rəşad İlyasov, fəlsəfə doktoru

Digər xəbərlər