Peyğəmbər əfəndimiz (s.a.s.), Ramazan ayının fəziləti haqqında buyurur ki, Ramazan ayı mübarək bir aydır. Allah-Taala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin - Qədr gecəsinin xeyrindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar. Ramazan ayı gəlincə, xeyr əhli, xeyirə qaç, şər əhli, pisliklərdən əl çək deyilir Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər. Ramazan gəlincə, Allah-Taala mələklərə, möminlərə istiğfar etmələrini əmr edər. Fərz namaz, sonrakı namaza qədər; Cümə, sonrakı Cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahlara kəffarə olar. Ard-arda üç gün oruc tuta bilənin Ramazan orucunu tutması lazımdır. Bu aya Ramazan deyilməsinin səbəbi, günahları yandırıb əritdiyi üçündür. Ramazanın başı rəhmət, ortası bağışlama, sonu isə, Cəhənnəmdən qurtuluşdur. İslam, sözü şahidlik gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir. Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsi, ancaq oruclular üçündür.
Mübarək Ramazan ayı, çox şərəflidir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab, başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər, ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz. Bu ayda, əmri altında olanların, işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq göstərən komandirlər də bağışlanar, cəhənnəmdən azad olar. Ramazan ayında, Rəsulullah, əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə, bütün il bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili, günah işləməklə keçər. Bu ayı fürsət bilməli, əldən gəldiyi qədər ibadət etməlidir. Allah-Taalanın razı olduğu işləri etməlidir. Bu ayı, axirəti qazanmaq üçün fürsət bilməlidir. Qurani-Kərim Ramazanda endi. Qədr gecəsi bu aydadır. Ramazanı ayında iftarı erkən etmək, sahuru gec etmək sünnətdir. Rəsulullah bu iki sünnəti etməyə çox əhəmiyyət verərdi. İftarda tələsik etmək və sahuru gecikdirmək, bəlkə insanın acizliyini, yeyib içməyə və hər şeyə möhtac olduğunu göstərməkdədir. İbadət etmək də onsuz da bu deməkdir. Xurma ilə iftar etmək sünnədir. İftar edincə, (Zehebez-zama vebtellet-il uruk və sebet-el-ecr inşaallahı təala) duasını oxumaq, təravih etmək və xətim oxumaq əhəmiyyətli sünnətdir. Bu ayda, hər gecə, cəhənnəmə girməsi lazım olan, minlərlə müsəlman bağışlanar, azad olar. Allah-Taala, bu mübarək ayda Onun şanına yaraşacaq, qulluq etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı, hamımıza nəsib etsin! Açıqdan oruc yeyən, bu aya hörmət etməmiş olar. Namaz qılmayanın da, oruc tutması və haramlardan qaçınması lazımdır. Bunların orucu qəbul olar və imanları olduğu aydın olar. Ramazanda oruc tutmaq haqqındakı hədisi şəriflərdə buyurulur ki. Ramazan orucunu fərz bilib, savab gözləyərək oruc tutanın günahları bağışlanar. Ramazan orucunu tutub ölən mömin, Cənnətə girər. Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır. Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır. Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa, mən orucluyam deyin! Ramazanı şərifdə, oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi şərifdə, (Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz) buyuruldu.
Ramazan ayının 2-ci gününün duası: Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
İmsak: 04:35
İftar: 21:20
(Ardı var)
Hazırladı: SƏDAQƏT