PDF Oxu

Sosial

  • 12

Oruc həqiqi, xalis və səmimi şükrün, təşəkkürün açarıdır

Oruc həqiqi, xalis və səmimi şükrün, təşəkkürün açarıdır

Allah (c.c.) yer üzünü bir nemət süfrəsi kimi insanlar üçün yaradıb. İnsanların zövq və əyləncəsi üçün hər cür imkan və şəraiti hazırlayıb. Allah bizə məlum olan adlarını (Əsma Ül-Hüsna) təzahür etdirərək, bütün nemətləri insanın ayağına gətirir. Lakin insan oğlu doğulduğu andan etibarən dünyanı nizam-intizamlı və nemətlərin onun başına yağdığını gördüyü üçün qəflətə dalır. O, nemətdən istifadə edir, ancaq onu göndərəni unudur və ya həqiqəti tam dərk edə bilmir. Ancaq Ramazan ayı insanları silkələyir, qəflət yuxusundan oyadır, onların bir əmrə tabe olduğunu xatırladır. Günün müvafiq vaxtında "Yemə!" əmri ilə başlayan oruca indekslənən itaət axşam çağında "Buyurun!" əmri ilə sona çatır. Bu vaxt ərzində nemətlərin əsil Sahibinin (c.c.) əmrinə xilaf çıxmayaraq oruc tutur.

Oruc həqiqi, xalis və səmimi şükrün, təşəkkürün açarıdır. Çünki digər vaxtlarda insan məcbur olmadığı və əsil aclığı hiss etmədiyi üçün nemətin dəyərini dərk etmir. Bir parça quru çörək tox olan, xüsusilə də, varlı insanlar üçün heç bir dəyər ifadə etmir.

Halbuki iftar vaxtında həmin quru çörək oruclu möminin nəzərində çox qiymətli bir nemət olduğu anlaşılır. Gündüz oruc tutan mömin bəndə öz vicdanı ilə söhbət edərkən "Bu nemətlər mənim deyil. Mən bunlardan istədiyim kimi istifadə edə bilmərəm. Deməli, başqasının malıdır. Onun əmrini gözləyirəm", - deyir. Və mülkün əsil sahibinə -Allaha (c.c.) şükür edir.

İnsan aclıq halətini öz nəfsində hiss etmədiyi müddətdə digər insanlara səmimi şəkildə köməklik edə bilməz. Ramazanda oruc sayəsində nəfs tərbiyə olunur. Çünki normal vaxtlarda nəfs özünü azad hiss edir. Allahın (c.c.) bəxş etdiyi nemətlərdən istədiyi qədər və istədiyi vaxt istifadə edə biləcəyini düşünür. Sonsuz nemətlərlə imtahan olunduğunu düşünmək belə istəmir. Lakin oruc hər kəsin nəfsinə diqtə edir ki, o, azad deyil, quldur, malik deyil, məxluqdur. Nəfs oruc sayəsində anlayır ki, Allahdan (c.c.) əmr olmadığı müddətdə ən adi və ən rahat işləri belə görə bilməz, əlini suya, yeməyə uzada bilməz. Nəfs yalnız oruc sayəsində başa düşür ki, vəzifəsi şükürdür. İnsanın nəfsi qəflətə dalaraq haram və günahın girdabına düşür. O qədər xudbinləşir ki, hədsiz dərəcədə aciz, möhtac və zəif olduğunu unudur. Oruc isə nəfsi silkələyir, ona həqiqəti anladır. Oruc aclıq vasitəsilə nəfsə öz mədəsini düşündürür və bu sayədə nəfs nə qədər zəif, möhtac və aciz olduğunu anlayır. Aclığın vəsiləsi ilə nəfs, əslində, mərhəmətə, şəfqətə daha çox ehtiyacı olduğunu dərk edir. Və nəticədə haqqın dərgahına qayıdır. Allaha həmd olsun! Oruc tutmağa qadir olan hər bir həddi-buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir."("əl-Bəqərə" surəsi, 185.)

Müqəddəs Ramazan ayının 3-cü gününün duası:

İmsak: 04:37

İftar: 21:34

(Ardı var)

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər