PDF Oxu

Sosial

  • 11

Ramazanla bağlı övladlarımıza bəzi məsləhətlər

Ramazanla bağlı övladlarımıza bəzi məsləhətlər

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini qaydaların öyrədilməsi baxımından ən münasib aydır. Ramazan ayında oruc tutan bir qrup uşaq üzərində aparılan araşdırma və tədqiqatlar göstərir ki, həmin uşaqlar başqaları ilə müqayisədə psixoloji və fiziki baxımdan daha yaxşı inkişaf edirlər. Habelə, onlarda hər hansısa bir işə daha məsuliyyətli yanaşma meyli daha da artır.

On yaş uşaqların oruc tutması üçün ən münasib vaxt hesab olunur. Uşağın bu yaşda oruc tutması onda hər hansısa bir narahatlıq və yorğunluğa səbəb olmur. Ancaq biz yaşı doqquz və doqquzdan az olan uşaqların oruc tutmasını məsləhət görmürük. Çünki bu yaşda uşaqlar vaxtında qidalanmaya daha çox ehtiyac hiss edirlər. Bu da onların bədənlərinin sürətli inkişafına kömək edərək, onları məruz qalacaqları bir çox xəstəlikdən qoruyur.

Uşaqlara oruc tutmağı asanlaşdıracaq iki qayda: birinci qayda ondan ibarətdir ki, biz uşağımızın səhər yeməyini gecikdirərək, məsələn, adı halda o, saat doqquzda yemək yeyirsə, bu vaxtı biz saat on ikiyə qədər uzatmalıyıq. Bu vaxtdan sonra uşaq oruc tutaraq, ailəsi ilə birgə axşam azanında iftar edə bilər. Beləcə biz bu qaydaya bir müddət əməl etməliyik. Sonrakı günlərdə isə səhər yeməyini on birdən saat doqquza qədər gecikdirə bilərik.

İkinci qayda. Bu mərhələdə artıq uşağı özümüzlə birgə sahura durğuzuruq. Bu müddət isə zöhr namazına qədər davam edir. Bu vaxt artıq uşağa iftar etməsinə icazə verməliyik. Bu qaydanı on gün davam etdirdikdən sonra orta on gün ərzində orucun müddətini sahurdan ikindi namazına qədər artırmalıyıq. Belə ki, son on gün ərzində uşaq da artıq digər ailə üzvləri kimi oruc tutmağa başlayır. Beləliklə, uşaq Ramazan gününün orucunu tam şəkildə tuta bilir. Bu da onun gələn Ramazanda Allahın köməyi ilə bütün Ramazanı oruc tutması üçün bir hazırlıq olur.

Uşağına necə nəzarət edə bilərsən?

1.Ana oruc tutan uşağına nəzarət etməlidir. Əgər onda hər hansısa narahatlıq, xəstəlik yaxud da oruc tutmaqda çətinlik çəkmə halını hiss edərsə, onu iftar açmağa tələsdirməlidir. Habelə bəzi xəstəliklər vardır ki, onlar uşağın oruc tutmasına mane olur. Xüsusilə sidik kisəsi ilə bağlı olan xəstəliklər ki, bu da uşağın daima duru maddələr qəbul etməsinə ehtiyac yaradır. Bundan başqa vərəm, şəkər xəstəliyi və anemiya kimi xəstəlikləri də buna misal göstərmək olar.

2. Biz uşağın tədricən oruc tutmasına şərait yaratmalıyıq. Əgər uşaq bu şəkildə oruc tutarsa, bu, oruc nəticəsində uşağın bədənində baş verən fizioloji dəyişikliyə bir uyğunluq yarada bilər. Bununla da uşaq yorulmadan və heç bir əziyyət çəkmədən sağlam şəkildə və imanla orucunu tuta bilər.

3. Ana balaca olduğu üçün övladının oruc tutmasından narahat olmamalıdır. Əksinə, bu, oruc tutduğu zaman valideynlərinə və qardaşlarına oxşamaq hissini ona aşılayacaq. Habelə bu müqəddəs ay ona xoş adət və ənənələri, xüsusilə, sahur və iftar zamanı ailə fərdlərinin bir süfrə ətrafına toplanmasını xatırladacaq. Buna misal olaraq bütün islam ölkələrində Ramazan ayında öz müxtəlifliyi ilə diqqətçəkən xalq adətlərini xatırlamaq kifayətdir.

4. İftarı təzə xurma, qurudulmuş xurma, meyvə suyu ya da az miqdarda adi su ilə gecikdirmədən açmağımız yaxşı olardı. "Rəsulullah (s) namaz qılmadan əvvəl iftarını ya yaş xurma, olmazsa quru xurma, o da olmazsa su ilə açardı". İftar vaxtı uşağın soyuq su içməsinə mane olmalıyıq. Çünki soyuq su uşağın həzm sistemini ağırlaşdırır. Şərbət kimi isti içkilərin verilməsi isə məsləhət görülür.

5. Həmçinin iftar yeməyi uşaq orqanizminə uyğun olmalıdır ki, uşaq özünə lazım olan kalorini əldə edə bilsin. Məsləhət görülür ki, iftar yeməyi proteinlərlə zəngin (lobya, ət və toyuq əti) kimi yeni toxumaların bərpası və itirilmişlərin əvəz olunmasını təmin edəcək, bununla yanaşı göyərti, meyvə və tərkibində kraxmal olan( çörək, düyü və makaron) kimi qidalardan, habelə, az miqdarda tərkibində yağ olan yeməklərdən ibarət olsun.

6. Habelə, Peyğəmbərimizin (s) dediyinə əməl edərək, sahura tezdən qalxmalıyıq. Peyğəmbər (s) buyurub: "Ümmətim sahura tezdən qalxıb iftarı da tez açdığı müddətcə xeyir içərisində olacaqdır".

Sahur yeməyi doyumlu olmalıdır. Əsasən tərkibi protein, şəkər və yağdan ibarət olan qidalar yumurta, lobya, qaymaq, ot bitkiləri və meyvələri misal göstərmək olar. Bundan başqa uşağın gündəlik ehtiyaclarını təmin edəcək, tərkibində böyük miqdarda protein və yağ olan süd məhsullarına üstünlük verilməsi məsləhət görülür.

7. Ramazan ayında duzlu və isti yeməklər qəbul etmək olmaz. Çünki bu, gün ərzində susuzluğa səbəb ola bilər .Əgər bu ayda su ilə qarışdırılmış meyvə suyundan istifadə olunsa, daha gözəl olar. Bundan başqa müxtəlif şirniyyatlarından da istifadə etmək mümkündür. Təbii ki , bunların yeyilməsi iftardan sonra məsləhət görülür. Əks təqdirdə bu uşaqda gün boyu susuzluq yarada bilər.

8. Ramazan ayı ərzində uşağın fiziki məşğuliyyətinə bir az ara verilməlidir. Əqli cəhətdən məşğuliyyətin isə heç bir zərəri yoxdur. Əksinə bu ayda, xüsusilə, iftardan əvvəl uşaqlarımızla hər hansısa mövzu ətrafında müzakirə aparıb onların təhsillənməsinə kömək etməliyik.

9. Son olaraq qeyd edək ki, valideyn öz uşağını sahura durğuzmağa həvəsli olmalıdır. Habelə onu ailə fərdlərinin bu dini ibadəti yerinə yetirərkən görməyə vərdiş etdirməlidir. Bundan başqa ana öz uşağına oruc ibadəti ilə yanaşı, namazı da vaxtında qılmağı tez-tez xatırlatmalıdır. Ona Qurani-Kərimi öyrətməlidir. Unutmamalıdır ki, övladına Ramazan haqda öyrətdiyi hər bir şey onun qəlbində zəiflərə və kasıblara qarşı mərhəmət və xeyirxahlıq hissinin möhkəmlənməsinə gətirib çıxaracaq.

İmsak: 04:59

İftar: 21:24

Müqəddəs Ramazan ayının 10-cu gününün duası: Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaxın olanlardan et, ehsanına xatir ey axtaranların hədəfi!

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər