"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183). Bu ayədən də göründüyü kimi, oruc tutmağın fəlsəfələrindən biri budur ki, oruc tutan günahdan uzaq olmalıdır. Bunu cəmiyyətdə aydın görmək olur ki, Ramazan ayında cinayətlərin və əxlaqsızların səviyyəsi çox aşağı düşür. Ancaq bununla yanaşı, yenə də orucun fəlsəfəsini dərk etməyənlərin sayı çoxdur. Bəziləri həm oruc tutur, həm də günah işlədir və əxlaqsız rəftarlarını davam etdirirlər. Oruc tutmaq - təkcə yeməkdən və içəcəkdən uzaq olmaq deyildir. Oruc tutmaq - həm rəftarına, dilinə və əxlaqına diqqət edib, Allahın bəyəndiyi işlər görməkdir.
Belə ki, hədislərə nəzər salan zaman görürük ki, oruc tutan bir qadın söyüş söyür və Peyğəmbər (s) buyurur: "Bu qadına yemək verin yesin". Qadın Həzrətə (s) deyir ki, mən orucam. Həzrət (s) buyurur: "Necə orucsan ki, söyüş söyürsən?" Oruc o demək deyildir ki, kimsə su içməyib, yemək yeməsin. Oruclunun bütün əza və bədən üzvləri də özü kimi oruc tutmalıdır". Rəhmət və bərəkət ayı olan Ramazan ayında bütün qəlblər düz və həqiqi yola hidayət olar. Bu, elə aydır ki, bütün qəlblər nurani olar. Ancaq naməhrəmlə söhbət və ya zarafat etmək bu fəziləti azaldır. İnsana bəla nazil edir. Bu bəlanın sayəsində də qəlblərin nuru sönər və zülmətə bürünər. İmam Əli (ə) buyurur: "Ey Allahın bəndələri! Naməhrəmlə söhbət etmək - bəlanı nazil edər. Qadınlara göz tikmək - qəlblərin görmə nurunu söndürər. Həmçinin, gözün ucu ilə (qadına) baxmaq - şeytanın hiyləsindən və tələsindəndir".
Bu, elə bir aydır ki, hətta nəfəslərimiz belə ibadət sayılır. Naməhrəmə baxmaq və ya onunla zarafat etməklə bu müqəddəs fəzanı kirlətmiş olarsan. Hədislərin birində oxuyuruq: "O kəs ki, naməhrəm qadınla zarafat edər, ona bu dünyada dediyi hər kəlməyə görə Allah onu min il zindana salar".
Xülasə, bunu demək olar ki, Ramazan ayı bunun kimi əməllərdən əl çəkmək üçün ən yaxşı fürsətdir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutduğunuz üçün sizə eşq olsun! Bu (şəhvət) damarlarını qırar və sərxoşluğu aradan aparar".
Mübarək Ramazan ayının 11-ci gününün duası: Allahım ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə xatir, ey kömək istəyənlərin dadına çatan!
İmsak: 04:58
İftar: 21:24
Hazırladı: SƏDAQƏT