PDF Oxu

Sosial

  • 12

Ramazan Allah-Taalanın nemətlərinə şükür edə bilmənin duasıdır

Ramazan Allah-Taalanın nemətlərinə şükür edə bilmənin duasıdır

Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər, doğrudan da, Ramazan ayının bəşər övladına əta etdiyi gözəlliklərdən, saleh əməllərdəndir. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla imkanlıları, toxları xəbərdar edir. Dünyada elə kasıb insanlar var ki, onların övladları bir gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların hansı hisslər keçirdiyini yaşadır. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var". Şübhəsiz, davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan Ramazan ayında oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Həzrət Əli (ə) buyurur: "Mübarək Ramazan ayının gəlişilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: "Ey camaat, Ramazan Allah-Taalanın nemətlərinə şükür edə bilmənin duasıdır. Doğrudan da, canlarınız (ruhunuz) əməllərinizin zaminidir, Allahdan rəhmət (bağışlanma) diləməklə bu zaminlikdən qurtarın, boynunuzda ağır günah məsuliyyəti var, uzun-uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah-Taala and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları cəhənnəm odundan qoruyacaq. Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş bir möminə iftar verərsə, Allah-Taala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb keçmiş günahlarını əvf edər". Səhabələrdən bəzisi dedi: "Ya Rəsuləllah! Axı hamımızın buna imkanı çatmır". Peyğəmbər(s) buyurdu: "Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah-Taala həmin savabı verər.

Bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə Sirat körpüsündən asanlıqla ötüb keçər və hər kəs bu ayda öz qul və ya kənizinin işini asan tutarsa, Allah da onun hesab-kitabını qiyamətdə asan edər. Bu ayda öz şərrini camaatdan uzaq edən şəxsdən Allah-Taala qiyamət günü Öz qəzəbini uzaq edər. Kim bu ayda atasız bir yetimə qayğı göstərərsə, Allah da qiyamət günü onun özünə qayğı göstərib mərhəmət edər. Kim bu ayda öz qohum-əqrəbasına yaxşılıq etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar, kim bu ayda qohum-əqrəbasına yaxşılıq etməzsə, Allah da qiyamətdə onu Öz rəhmətindən uzaq edər. Kim bu ayda müstəhəb bir namaz qılsa, Allah-Taala onun cəhənnəm odundan azadlığına hökm verər, vacib bir namaz qılsa, Allah-Taala ona başqa aylarda qılınan yetmiş namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah-Taala onun əməl tərəzisini ağırlaşdırar. Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-Taala başqa aylarda bir Quran oxumuş şəxsin savabını verər.

Mübarək Ramazan ayının 14-cü gününün duası: Allahım məni bu ayda xəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə xatir ey müsəlmanların izzəti!

İmsak: 05:02

İftar: 21:22

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər