PDF Oxu

Sosial

  • 24

Ağdamsız daha bir ili arxada qoyduq

Ağdamsız daha bir ili arxada qoyduq

Bu gün Ağdam rayonunun Erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 20 ili tamam olur. SİA-nın xəbərinə görə, 1993-cü il 23 iyul tarixində Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı,Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərinin işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi. Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi. Erməni hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə yeksan edilib.122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavcüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdiriliblər.

Hazırda Ağdamın 1094 kvadrat kilometrlik ərazisinin 247 kvadrat kilometrində (ümumi ərazisinin 22,6 faizi) rayonun 60 min sakini məskunlaşıb. Qalan 100 min nəfər isə respublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyekti düşmən əlinə keçib.

Vətən uğrunda gedən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəlib, minlərlə insan fiziki şikəstlik qazanıb, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb.Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, tezliklə bu erməni quldurluğu sona çatacaq. Ölkənin müxtəlif guşələrində məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çevirənlərin isə bir istəyi var: Tez bir zamanda doğma yurdlarına qayıtmaq!

sia.az

Digər xəbərlər