PDF Oxu

Sosial

  • 36

ALLAH-TAALA RAMAZAN AYINDA ORUC TUTUB PİSLİKLƏRDƏN ÇƏKİNƏN ŞƏXSLƏRDƏN RAZI OLUB CƏNNƏTİ ONLARA VACİB EDƏR

ALLAH-TAALA RAMAZAN AYINDA ORUC TUTUB PİSLİKLƏRDƏN ÇƏKİNƏN ŞƏXSLƏRDƏN RAZI OLUB CƏNNƏTİ ONLARA VACİB EDƏR

Bu ayda hər bir müsəlmandan istəyimiz, diləyimiz budur ki, öz halal zəhmətləri, alın tərləri ilə qazandıqları ruzi ilə qidalansınlar. Yoxsul, kimsəsiz olan bəndələri ziyarət edib onlara əl tutsunlar. Hər atdıqları addımlarında Tanrıdan haramdan çəkinmələrini, harama əl uzatmamalarını istəsinlər. Peyğəmbər (s) buyurur: "Allahın mələkləri halal malı ilə oruc tutanlara iftar verən şəxslərə salam göndərər, Həzrəti Cəbrail isə Qədr gecəsi onu bağrına basar. Cəbrailin onun bağrına basmasının nişanəsi qəlbinin yumşalmasında və göz yaşlarını axıtmasındadır.

İmam Zeynəlabdin (ə) barəsində nəql olunan hədisdə deyilir: "Hər gün bir dirhəm sədəqə verərdi. Özü bu barədə buyurardı: bəlkə də bu işlə Qədr gecəsinin əzəmətini dərk edə və ondan faydalana bildim".

Mübarək Ramazan ayında yaxşı işlər qəbul olunar, pis işlər isə bağışlanar. Bu ayda bir ayə Quran oxumaq digər aylarda Quranı tam oxumağa bərabərdir. Bu ayda qəzəbini unudan şəxslərə Allah-Taala Qiyamət günü qəzəblənməz. Köməyə çağıranların dadına isə Qiyamət gününün rüsvayçılığından amanda saxlayar. Zülmə məruz qalanları, əl tutanları dünyada düşmənlərinə qalib edər, Qiyamət günü isə sorğu-sualını asanlaşdırar.

Peyğəmbər (s) buyurur: "Allah-Taala Ramazan ayında oruc tutub pisliklərdən çəkinən şəxslərdən razı olub Cənnəti onlara vacib edər". Abdulla İbn Məsuddan nəql olunan rəvayətdə deyilir: "Günlərin biri Peyğəmbər (s) İşa namazını qılıb qurtardıqdan sonra namazda iştirak edənlərdən biri ayağa qalxaraq deyir: "Ey mühacir, ey ənsar! Qəribəm, mənə kömək edin". Peyğəmbər (s) buyurur: "Qərib deməklə məni kədərləndirdin. Bu dörd şeyə qalib deyir: boş qalan və ibadət olunmayan məscidlər, evlərdə oxunmayan Quranlar, öz camaatı arasında elmdən istifadə olunmayan alimlər, kafirlər arasında qalan müsəlman əsirlər". Sonra buyurdu: "Sizlərdən kim ona yemək-içmək verə bilər?"

İmam Əli (ə) onu evinə aparır. Həzrət Fatimə (ə) yemək gətirir, İmam Əli (ə) yeməyin azlığını görüb öz-özünə deyir. "Əgər hamımız yesək, qonaq doymayacaq". Ayağa qalxıb çırağı düzəltmək bəhanəsi ilə söndürür və özü də qonağın yanında oturub onu yemək yediyinə inandırmaq üçün ağzını tərpədir. Həzrət Fatimə (ə) vəziyyətin nə yerdə olduğunu anlayıb çırağı gec yandırır. Qonaq yeməyini yeyib qurtardıqdan sonra Həzrət Fatimə (s.ə) çırağı yandırır. İmam Əli (ə) qonaqdan soruşur:" Yeməyini niyə yemirsən? "Qonaq deyir: "Doydum, çox sağ ol". Qonaq getdikdən sonra İmam Əli (ə), həzrət Fatimə (ə), oğlanları Həsən (ə) və Hüseyn (ə), xidmətçiləri Fizzə yeməkdən yeyib doydular.

İmsak: 05:06

İftar: 21:22

Mübarək Ramazan ayının 16-cı gününün duası: Allahım mənə bu ayda yaxşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə xatir məni rahatlıq evində yerləşdir, Allahlığına xatir, ey aləmlərin Allahı!

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər