PDF Oxu

Sosial

  • 34

Rəhmət ayı kimi bizlərə bəxş etdiyin bu gözəl ay ibadətimizlə doludur

Rəhmət ayı kimi bizlərə bəxş etdiyin bu gözəl ay ibadətimizlə doludur

Bizə yardım et ki, bu ayda Sənə yaxınlaşaq, yaxşı əməl etməklə pisliklərdən pak olaq

Özünə həmd etməyən bizə yol göstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə, yol göstərdi ki, ehsanına şükr edənlərdən olaq, bu işlə bizə yaxşıların mükafatını verənə həmd olsun. Dinini bizə ehsan edənə, bizi dininə seçənə, ehsan yollarında hərəkətə gətirənə həmd olsun. Bu cür etdi ki, lütfü ilə razılığına sarı hərəkət edək. Bir həmd ki, bizdən qəbul etsin, onun səbəbi ilə razı qalsın. O Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, islam ayı, təharət ayı, imtahan ayı, qiyam ayı, bir ay ki, bir ay hidayət nişanələrinin aydınlaşması, haqqın batildən aydın seçilməsi üçün onda Quranı insanların hidayətinə nazil etdi və bununla ayın başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi. Beləliklə, başqa zamanlarda olan halalları haram etdi, onu əziz tutmaq üçün onda yemək-içməyi qadağan etdi, onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələrinin birini başqa bir ayın gecələrindən üstün etdi və onu Qədr gecəsi adlandırdı ki, o gecə mələklər və ruhlar pərvərdigarın əmri ilə hər bir iş üçün nazil olur və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağaranadək daim bərəkət, əmin-amanlıq gətirirlər. Allahım, bizlərə yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı mubahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb, bizə zülm edənə insaf göstərək, düşmənlə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın. Bizə yardım et ki, o ayda Sənə yaxınlaşaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyiblərdən saxla ki, mələklərindən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər. Ey əzəməti böyük olan Allahım! Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin vədə layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et, rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver. Bu ayın gecələrindən hər birində bəxşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et. Günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, günahlarımızı yumaqla, xətalarımızı pak etməklə işimizi başa vuraq. Ramazan ayanın sona yetməsi ilə günahlarımızı da sona yetir. Əgər bu ayda azarıqsa, Sən bizi ədəbləndir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin şeytan bizə urcah olarsa, Sən bizi ondan xilas et. Rəhmət ayı kimi bizlərə bəxş etdiyin bu gözəl ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin huzurunda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın. Bizi Behiştin varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq yolunda bəxşiş edərlər, halbuki qəlbləri Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyirinə tələsənlərdən, bu işlərdə hamıdan öndə gedənlərdən qərar ver. Hər zaman və hər halda başqalarına yetirdiyin bir salam ölçüsü ilə, o salamın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də, Sən istədiyini edirsən.

İmsak: 05:08

İftar: 21:25

Mübarək Ramazan ayının 17-ci gününün duası: Allahım, məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl, ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

Hazıraldı: SƏDAQƏT

Digər xəbərlər