Rüstəm İbrahimbəyovun qürbətdəki vəziyyətinin ağrılı şərhi
Örtmür ayıbını çalı, Rüstəmin,
Dəyişir günbəgün valı Rustəmin,
Bilmirik necədi halı Rüstəmin,
Ondan xəbər verin bizə, durnalar!
Rustəm elə bilir "şura"da kitdi,
Rəsulu, Eldarı əzdi, üyütdü,
Elə ki, payızın xəzanı ötdü,
Qorxumuz var döyə dizə, durnalar!
"O, azman bir lider"- görübdü yuxu,
Bütün Rusiyaya yayılıb buğu,
Asmasa boynuna xaç gözmuncuğu,
Xərifləyib gələr gözə, durnalar!
Gətirə bilirmi buyruqlara tab?
Qalıbmı yalaya bilmədiyi qab?
Yeyirmi donuzun ətindən kabab?
Görəsən, dadırmı məzə, durnalar?
Yenəmi nəsibi palıd qozası?
Barı dəyişibmi azca pozası?
Burda cüzi idi "lider" dozası,
Vururmu şkala yüzə, durnalar?
Öyrəndik orada doldurub tuluq,
Məkrli kəslərə göstərir qulluq,
Eşitsə həmkarlar salır şuluqluq,
Çevrilər bədnama-pisə, durnalar!
O, bizə özünü göstərdi pis tək,
Qəlbində haylara tükənməz istək,
Əlilər, İsalar verməsə dəstək,
Qorxuruq onlardan küsə, durnalar!
Yolunun üstütdə "vodka"lar bulaq,
Geniş rus elində sancırmı dalaq?
Vurub jurnalistə möhkəm şapalaq,
Zədə yetirirmi üzə, durnalar?
Rüstəm-köhnə alkaş, meydən dəm kimi,
Sapıb öz yolundan o, Əkrəm kimi,
Haykanuş eşqilə bir Kərəm kimi,
Düşübmü çöllərə-düzə, durnalar?
İstəsən boğaza dirən, inanmır,
Abırlı qız-gəlin, ərən inanmır,
Rüstəmi bu halda görən inanmır
Dünyada arxayın gəzə, durnalar!
Valeh Məhərrəmli