Elman Nəsirli: "Bu da nəticə etibarilə Serj Sarkisyanın yeritdiyi aqressiv siyasətinin nəticəsidir "
Son vaxtlar Dağlıq Qarabağdakı erməni əsgər və zabitlərinin Azərbaycana keçməsi halı kütləvi xarakter daşımaqdadır. Artıq bu tendensiya ənənəvi xarakter daşımaqdadır. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, işğalçı ölkə olan Ermənistanda vəziyyət elə bir həddə gəlib çatıb ki, artıq Ermənistan əhalisini yaşadığı ölkəni tamamilə tərk edib başqa ölkəyə getmək məsələsi haqqında ciddi düşünməli olurlar: "Ermənistanda vəziyyət çox ağır olduğuna görə, orada əhali yaşaya bilmir. Bu, təkcə Ermənistan əhalisinin deyil. Eyni zamanda, Ermənistan ordusunda xidmət edən əsgər və zabitlərə də aiddir. Təbii ki, erməni əsgər və zabitlərinin canlarını qurtarmaq üçün Azərbaycan tərəfinə keçməsi proqnozlaşdırılan idi. Əgər bu gün Ermənistanın sıradan bir vətəndaşının öz ölkəsini tərk etməsi bir nömrəli məsələ hesab edirsə, onun əsgəri də eyni cür düşünməli olur. Yəni, erməni əsgər və zabitlərinin Azərbaycana keçməsinin kütləvi hal məsələsinin kökündə məhz bu məsələ dayanır. Bu da nəticə etibarı ilə S.Sarkisyanın yeritdiyi aqressiv siyasətinin nəticəsidir".
"Dağlıq Qarabağda Ermənistan hərbiçilərinin vəziyyətinin son dərəcə ağır olduğu halda Sarkisyan rejiminin cah-calal içərisində həyat tərzi yaşaması təəccüb doğurmur ki" sualını cavablandıran politoloq onu da bildirdi ki, bu gün işğalçı ölkə olan Ermənistanda hakimiyyətdə olan rejimin özü xalqın seçmədiyi bir hakimiyyətdir: "Demək olar ki, bu gün S.Sarkisyan hakimiyyəti ilk növbədə özünün maraqlarını düşünür. Yəni, Sarkisyan hakimiyyətdə olduğu müddətdə nə qədər çox sərvət ələ keçirsə, özünün xeyirinə olduğunu düşünür. Serj Sarkisyan üçün əsgərinin necə bir vəziyyətdə olması maraqlı deyil. Yəni, Sarkisyan üçün bu cür məsələlər arxa plana keçir. Bu gün Sarkisyanı düşündürən əsas məsələ odur ki, təki hakimiyyətdə olduğu bu müddət ərzində daha çox maddi gəlir əldə edərək varlansın. Bu da Sarkisyan hakimiyyətinin mahiyyətini təşkil edir. Belə olan halda da Ermənistan ordusunda bu cür vəziyyətin yaranmasına gətirib çıxarır. Bir sözlə, Sarkisyan rejiminin siyasəti ölkəsini uçuruma aparır. Bu cür vəziyyət ölkə təsərrüfatının bütün sahələrində özünü göstərir. Əgər xaricdən gətirlən və Azərbaycan kəndləri ilə üzbə-üz səngərdə yerləşdirilən "nayomnik"lər olmasa, Dağlıq Qarabağdakı əhali və əsgərlər kütləvi şəkildə Azərbaycan tərəfinə keçər. Amma bütün manelərə baxmayaraq işğal altında olan ərazilərimizdəki ermənilər Sarkisyan rejimindən bezdiklərindən qəti və konkret mövqe ortaya qoyacaqlar. Bu, baş verməsə, Azərbaycan işğal altında olan torpaqlarına sahib çıxmaq üçün hərəkətə keçəcək".
GÜLYANƏ