PDF Oxu

Sosial

  • 12

Ermənistanda miqrant problemi işğal olunmuş ərazilərə də sirayət edilir

Ermənistanda miqrant problemi işğal olunmuş ərazilərə də sirayət edilir

Qarabağda məskunlaşan Suriya erməniləri buranı kütləvi şəkildə tərk etməyə başlayıblar

Təcavüzkar Ermənistanda iqtisadi böhran dərinləşir. Ermənistan əhalisi isə gələcəyə inamını itirdiyinə görə ölkəni tərk etməkdən başqa çarə tapmır. Təcavüzkar Ermənistan, nəyin bahasına olursa-olsun işğal etdiyi ərazilərdə yaratdığı qondarma Dağlıq Qarabağ rejimini beynəlxalq miqyasda tanıtmağa çalışsa da, buna nail ola bilmir və bilməyəcək. Bütün beynəlxalq sənədlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması təsbit edilib.

"Ermənistanda yaşamaqdansa, Suriyada ölmək daha yaxşıdır"

Ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, yoxsulluqdan, işsizlikdən təngə gələn əhali kütləvi şəkildə ölkəni tərk etməyə başlamış, qarşıdurmalar, toqquşmalar fonunda siyasi qeyri-müəyyənlik davam etmiş, korrupsiya, qanunsuzluq çoxalmış, maddi-texniki təminatdan məhrum edilən orduda ölüm halları xeyli artmışdır. İşğalçı ölkənin əhalisinin 49 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq 54 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 54 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısından çoxu dilənçi vəziyyətində yaşayır. Ermənistan prezidenti Serj Sarkisyan Suriyadakı hadisələrdən yararlanmaq üçün işğal etdikləri Dağlıq Qarabağda yerləşdirmək istəsə də, buna razı olmadılar. Bildirdilər ki, əgər Ermənistan hakimiyyəti öz xalqını təmin edə bilmirsə, ölkədə olan miqrantları necə təmin edəcək? Lakin azlıq təşkil edən bir qrup Suriyadan gələn ermənilər açıq şəkildə bəyan edirlər ki, Ermənistanda yaşamaqdansa Suriyada ölmək daha yaxşıdır. Ona görə də, nə Ermənistan vətəndaşları, nə də xaricdəki ermənilər işğal olunmuş torpaqlarda məskunlaşmağa həvəs göstərmirlər. Bu baxımdan da Ermənistan hakimiyyətinin müxtəlif vaxtlarda xarici ölkələrdə baş verən hadisələr zamanı erməni millətindən olan insanları bu əraziyə köçürmək cəhdləri iflasa uğrayıb. Hətta bəzən bu və ya digər ölkələrdən şirnikləndirici təkliflərlə erməni ailələrini bu ərazilərə gətirə biliblər. Daha dəqiq desək, bu insanlar "yağışdan çıxıb, yağmura düşmək" istəmirlər. Həmçinin, Azərbaycanın hərbi-iqtisadi potensialının artdığı hamıya bəllidir. Azərbaycan BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazisini qanuni və ədalətli olaraq müharibə yolu ilə azad edə bilər.

Ancaq ermənilər özləri də gözəl bilirlər ki, başqasının evini zəbt edən insan rahat yaşaya bilməz və nə vaxtsa ev sahibinin gəlib çıxacağını səksəkə ilə gözləyər... Atalar yaxşı deyib: özü yıxılan, ağlamaz...

A.SƏMƏDOVA

Digər xəbərlər